Qeydiyyat    Giriş
Sayta giriş
» » Cəmi 25 qramdır, amma orqanizmi alt-üst edə bilir… - “Əqli gerilik yaradır, ana olmağa imkan vermir”
Sağlam ailə

Cəmi 25 qramdır, amma orqanizmi alt-üst edə bilir… - “Əqli gerilik yaradır, ana olmağa imkan vermir”



Cəmi 25 qramdır, amma orqanizmi alt-üst edə bilir… - “Əqli gerilik yaradır, ana olmağa imkan vermir”
Halsızlıq, yuxusuzluq, yorğunluq, depressiya…Dünyada təxminən 200 milyon insanda qalxanabənzər vəzi xəstəliyi var. Ancaq müsbət haldır ki, hazırda bu xəstəliklərin bir çoxunun müalicəsi mümkündür. Müalicə edilməmiş qalxanabənzər vəzi xəstəlikləri isə ciddi və qalıcı problemlərə səbəb ola bilər. Bu vəziyyətdə, xəstələr ən kiçik bir şübhədə birbaşa həkimləri ilə təmasa keçərək, erkən dövrdə xəstəliyin nəzarət altına alınmasını təmin edə bilərlər.

Qalxanabənzər vəzi boynun orta xəttində, Adəm alması deyə adlandırılan qığırdaq çıxıntının altında yer alan, kəpənək şəklində, kiçik bir vəzdir. Sadəcə 25 qram ağırlığında olmasına baxmayaraq ifraz etdiyi hormonlar ilə böyümə və inkişafda təməl rol oynamaqdadır. Qalxanabənzər vəzi, "bütün bədən funksiyalarının təşkilatçısı” olaraq da adlandırılır.

Qalxanabənzər vəzi xəstəliyi fərqli şəkillərdə, fərqli şikayətlərlə ortaya çıxa bilir. Qalxanabənzər vəzi xəstəliklərinin çoxunda xəstələr ya "hipotiroidizm – vəzin qeyri-kafi çalışması” ya da "hipertiroidizm – vəzin həddindən artıq çalışması”ndan qaynaqlanan şikayətlərlə gəlirlər.

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən və qalxanvari vəzin metobolizmanın ana orqanı olduğunu bildirən endokrinoloq Günay Qasımovanın sözlərinə görə, tiroidin hipofunksiyası zamanı daha çox yorulma, yuxululuq, əqli geriliklər yarana bilər: "Durduq yerdə ağlamalar, qarabasmalar, saç tökülmə və s. yarana bilər. Uşaqlarda boyun, cinsi orqanın inkişafında problemlər ola bilər.
loading...


loading...
Muəllif: narmin0  21-11-2017, 15:44   Baxılıb: 623   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.