Qeydiyyat    Giriş
Sayta giriş
» » Qanazlığının çarəsi: Qəti həll - Bunlara əməl edin
Sağlam ailə

Qanazlığının çarəsi: Qəti həll - Bunlara əməl edin



Qanazlığının çarəsi: Qəti həll - Bunlara əməl edin


Baş gicəllənməsi, zəiflik, yorğunluq, yuxusuzluq, saç tökülməsi, həzmin pozulması amilləri qan azlığının əlamətidir.

Bunların əsas səbəbi orqanizmdə dəmir, fol turşusu və B12, B9 vitamini çatışmazlığı ilə müşahidə edilir. Qan azlığı, yəni anemiya müalicə olunmayanda ciddi xəstəliklərə səbəb olur.

Qan azlığı olan şəxslər bədəninə ( xüsusilə, bel, qarın nahiyyəsi, böyrək və ayaqlar) abqora(üzümün yetişməmişindən hazırlanmış maye) sürtməli, sonra günəş vannası qəbul etməlidir. Qan azlığı olan uşaqlar üçün hər gecə yatanda kürəyinə zeytun və qara çörəkotu yağı sürtmək məsləhətdir. Çalışaq, qanımızı artırmaq üçün təbii qidadan istifadə edək. Sizə ən asan qan yaratmağa köməkçi olan qidaları təqdim edirik:

• Süd məhsulları;

• Yumurta sarısı;

• Göy soğan;

• Qaraciyər;

• Cücərmiş buğda;

• İspanaq;

• Dəniz kələmi;

• Küncüt dəmi;

• Küncut halvası;

• Alma qurusu;

• Heyva şirəsi;

• Kahı;

• Gicitkan dəmləməsi(1 dilim limonla);

• Mal əti;

• Nar;

• Qara kişmiş;

• Bəhməz;

• 200 qr. kərə yağını qaynama dərəcəsinə qədər odda saxlayın, sonra bura 3-4 almanı ( simerinko, yaxud antonovka) rəndədən keçirib əlavə edin, 6 ədəd yumurtanın sarısı ilə 100 qr şəkərin qarışığına 100 qr. şokolad əlavə edib, hamısını qarışdırın. Soyuducuda saxlamaq şərti ilə gündə 3 dəfə 1x.q qəbul etmək lazımdır.

• Ağ, yağlı pendiri rəndədən keçirin, qoz ləpəsi, 4 ədəd sarımsaq, 4 x.q zeytun yağını 4 ədəd yumurtanın sarısı ilə qarışdırıb gündə 3 dəfə 1x.q içmək lazımdır.

• Kök şirəsi 1 stəkan, çuğundur şirəsi 1 stəkan (2 saat soyuducuda saxladəndan sonra ), bal 1x.q.

Bunları qarışdırıb 2 yerə bölməlisiniz və səhər-axşam içməlisiniz.

• 3 kq. qara gilas (öküz ürəyi ), 1 kq şəkər. Onları şüşə qabda, kölgədə qalxıb şişənədək saxlamaq lazımdır. Qan azlığından əziyyət çəkən uşaqlara gündə 1 çay qaşığı, böyük uşaqlara 1 xörək qaşığı, böyüklərə 50 qr içirmək məsləhətdir.

• 0.5 kq qırmızı soğan, 0.5 kq şəkər. Onları mürəbbə kimi bişirib gündə 2-3 xörək qaşığını bir stəkan suya töküb içmək olar.

• 200 qr. nar şirəsi, 100 qr limon şirəsi, 100 qr kök şirəsi, 100 qr çuğundur şirəsi, 70 qr balı qarışdırıb soyuducuda şüşə qabda saxlamaq və gündə 3 dəfə 2 x.q yeməkdən qabaq qəbul etmək də qan azlığından əziyyət çəkənlərə kömək edir.

• Küncüt yağını səhər-axşam 1 ç.q ac qarına uşağa içirmək lazımdı. Tərkibində kalsium olduğu üçün uşağı masaj etdikdə, sümüklərin möhkəmlənməsinə çox gözəl təsir edir. Bunu 10 gün etmək lazımdır.

• Gicitkanın şirəsini çıxarıb soyuducuda saxlamalı, gündə 3 dəfə 1 çay qaşığı qəbul edilməlidir. Gicitkan qan qatılaşdırır, buna görə də 1 dilim limonla qəbul etmək lazımdır.

loading...
Müəllif: Nermine Mahmudova  21-01-2018, 15:40   Baxılıb: 260   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.