Qeydiyyat    Giriş
Sayta giriş
» » Süd vəzi xərçənginin dərmanı tapıldı - Abşeronda bitir...
Qadın xəstəlikləri / Sağlam ailə

Süd vəzi xərçənginin dərmanı tapıldı - Abşeronda bitir...



Süd vəzi xərçənginin dərmanı tapıldı - Abşeronda bitir...


Qadınları narahat edən ən ciddi sağlamlıq problemlərindən biri süd vəzi xərçəngidir.

Dünyanın bəzi yerlərində sürətlə artan bu xəstəliklə mübarizədə qadınların özlərinin də rolu böyükdür. Çünki vaxtında aşkar olunan süd vəzisi xərçənginin müalicə olunmaq ehtimal 95 faizdir. Türkiyəli mütəxəssis Hamdi Koçer məsələ ilə bağlı açıqlama verib: “Döş xərçənginin qarşısını almaq üçün imkanlar təəssüf ki, məhduddur. Xərçəngə öz hormonlarınız səbəb olur. Bunun qarşısını almaq mümkün olmaya bilər. Amma döş xərçəngi riskini azaldacaq yaşayış tərzini seçməklə və bu xəstəliyi vaxtında aşkar etməklə vəziyyəti xeyli yüngülləşdirə bilərsiniz".

Həkim əlavə edib ki, döş xərçəngi riskini artıran faktorları belə sıralaya bilərik: estrogen (qadın) hormonunun qəbul edilməsi (bunlar doğuşun baş verməsi və süni mayalandırma üçün və menopauzadan sonrakı dövrdə istifadə olunur, siqaret və spirtli içki qəbulu, həddindən artıq yağlı qidalanma, hərəkətsiz həyat tərzi, artıq çəkili olmaq və uşağa döşdən süd verməmək). Bundan başqa, bizim heç cür dəyişə bilməyəcəyimiz faktorlar da var: ailədə süd vəzi xərçəngi və ya uşaqlıq boynu xərçənginin olması, heç doğmamaq, aybaşının erkən yaşda başlaması, menopauzanın (klimaks) gec olması kimi hallar döş xərçənginə səbəb ola bilər.

Amerikan sağlamlıq jurnalı “Journal of Clinical Nutrition”-da dərc olunan bir məqalədə mütəmadi olaraq yerkökü yeməyin döş xərşəngi riskini 60 faiz azaltdığı vurğulanıb.

Metbuat.az

loading...
Müəllif: Nermine Mahmudova  22-03-2017, 17:58   Baxılıb: 10 380   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.