Qeydiyyat    Giriş
Sayta giriş
» » Pambıq və təbii alma sirkəsi …Vajinada qaşıntı üçün bitki mənşəli həll
Qadın xəstəlikləri / Sağlam ailə

Pambıq və təbii alma sirkəsi …Vajinada qaşıntı üçün bitki mənşəli həll



 

 
Vajinal qaşıntı və ağ axıntı hər qadında rast gəlinən və tez-tez yaşanan problemdir.
Ümumiyyətlə göbələk infeksiyası olaraq adlandırılan bu xəstəlik qaşınma, genital orqanlarda yanma, qızartı və ağ yüngül qoxulu axıntıyla özünü göstərir.

Genital bölgədə gigenik qaydalara tam əməl olunmaması, antibiotik istifadəsi və neylon tipli alt paltarlar geyinmək vaginal qaşınma əmələ gətirir. Həmçinin immunitet sistemi zəifləyən zamanda bu xəstəlik ortaya çıxa bilər.

Genital orqanınızı yüngül ilıq suyla yaxşıca yuyun və diqqətlə qurulayın. Əsla, təmiz olsun deyə şampun və ya sabun istifadə etməyin. Bu cür məhsullar genital bölgədəki faydalı bakteriyaları öldürüb göbələk və qaşıntının artmasına səbəb olur. Bu səbəbdən də yalnız ilıq suyla yaxşıca yuyun və qurulayın.

Onuda qeyd edək ki, sidik və nəcis qalıqları qaşıntı və göbələyin artmasına səbəb olur. Mütləq təmizliyə diqqət etməlisiz.

Vajinada qaşıntı üçün asan bitki mənşəli həll
Bu əməliyyat üçün iki vəsaitə ehtiyacımız var:

Pambıq və təbii alma sirkəsi …

Təbii alma sirkəsini pambığa töküb genital bölgənizə astaca çəkin. Bu zaman yüngül bir yanma hiss olacaq amma dayanın. Çünki bu yanma sonunda sizi qaşıntıdan və axıntıdan qurtacaq. Bu prosesi gündə 2-3 dəfə təkrarlayın, bir müddət sonra axıntı və qaşıntı azalacaq. Bu aralarda pambıqlı paltar geyməyə, mümkün qədər cinsi əlaqədən uzaq qalmağa diqqət edin.

Təbii alma sirkəsi, mikrob və PH tarazlığını tənzimləyici təsirə malikdir. Göbələk növü mikrobik xəstəlikləri təbii müalicə edir.

Vajinal axıntı və ya qaşınma yaşadığınızda əlbəttə ən doğrusu dərhal ginekologa gedib lazımlı test və müalicələri etdirməkdir.
loading...


loading...
Muəllif: narmin  30-09-2016, 08:00   Baxılıb: 20 265   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.