Qeydiyyat    Giriş
Sayta giriş
» » HAMİLƏLİK VƏ TÜTÜN İSTİFADƏSİ
Qadın xəstəlikləri / Sağlam ailə

HAMİLƏLİK VƏ TÜTÜN İSTİFADƏSİ



 

Zəmanəmizdə bütün dünyadakı qadınların təxminən 12%-nin siqaret çəkdiyi təxmin edilir. Bu nisbət  inkişaf etmiş ölkələrdə daha çoxdur. Proqnozlar yalnız Amerika Birləşmiş Ştatlarında bütün qadınların 23%-nin siqaret aludəçisi olduğunu göstərir. Bu proqnozun ən dəhşətli tərəfi isə odur ki siqaret çəkən qadınların böyük əksəriyyəti hamiləlikləri müddətində də bu vərdişlərindən imtina etmirlər. Hamiləlikdə siqaret çəkmək bütün dünyada ciddi bir xalq sağlamlığı problemidir. Siqaret yalnız qadının deyil, dünyaya gəlməyən körpənin də sağlamlığına ciddi mənada təhlükə  altına salan bir amildir.

        Amerika Birləşmiş Ştatlarında aparılan statistik göstəricilər,qadınların hamiləlikləri boyunca siqaret çəkməmələri halında, yeni doğulmuş  körpə ölümlərinin 10% azalacağını göstərir.

       Hər nəfəsdə içinizə çəkdiyiniz siqaret tüstüsü təxminən 2500 müxtəlif kimyəvi maddədən ibarətdir.  Bu maddələrdən hansılarının körpəniz üçün zərərli olduğu dəqiq bilinmir. Lakin,  nikotin və karbonmonooksid hamiləliyi ağır keçirmək üçün əsas risk faktoru kimi qəbul edilir. Karbonmonoiksid maşınların tüstüsündən çıxan qazla eynidir.

      Siqaretin içindəki maddələr insan orqanizmində bəzi dəyişikliklər yaradır.Ürək-damar sistemində qısa müddətdə və nəzərəçarpan dəyişikliklər əmələ gəlir. İlk alınan nəfəslə birlikdə damarlarda və bronxlarda bir büzüşmə meydana gəlir. Arterial təzyiqdə zəif bir artım müşahidə edilir, qanın oksigen daşıma tutumunu nəzərə çarpan dərəcədə azalır. Bu vəziyyət ciddi problemlərə səbəb olsa, yetkin insanlar tərəfindən davam kompensasiya edilə bilər. Lakin, hamilə bir qadının və bətnindəki körpənin bu dəyişikliklərə uyğunlaşması olduqca çətindir. 

            Siqaretin hamiləlikdəki təsirləri nələrdir?

      Hamiləlik dövründə siqaret çəkdiyiniz zaman göbək ciyəsi vasitəsilə körpənizə gedən qanın miqdarının və onun böyüməsi üçün lazım olan  qanın tərkibindəki oksigen və qida maddələrinin miqdarının azalmasına  səbəb olursunuz.

      Siqaret çəkdiyiniz təqdirdə azçəkili uşaq doğma  riskiniz 2 dəfə artmış olur.  1998-ci il də ABŞ-da   hamiləlikləri boyunca siqaret çəkən  qadınların 12%-i azçəkili  uşaq  dünyaya gətirmişlər.  Çəkisi az olan körpələrin doğuşdan sonra ciddi sağlamlıq problemləri ilə qarşılaşma riski daha çoxdur. Bunların ən əhəmiyyətliləri serabral iflic, əqli çatışmazlıq və hətta ölüm təhlükəsidir.

     Digər tərəfdən  siqaret çəkilməsi erkən doğuş riskini də 30% artırır. Bununla birlikdə hamiləliyin 16-cı həftəsində siqareti atan bir ana namizədinin azçəkili uşaq doğmaq riski, heç siqaret çəkməyən bir ana namizədi ilə eyni səviyyəyə düşür.  Yəni siqareti atmaq heç vaxt gec deyildir!

    Erkən doğuş riski ilə yanaşı, siqaret döldə bəzi  anomaliyaların əmələ gəlmə riskini də artırır. Belə ki aparılan bir tədqiqatda, hamiləliyin ilk 3 ayı  boyunca siqaret çəkən qadınların körpələrində qurdağızlıq və dovşandodaqlıq ( yarıq damaq) kimi anomaliyaların rastgəlmə tezliyinin artdığı  bildirilmişdir.

   Siqaretin hamilələrə mənfi təsirləri bunlarla məhdudlanmır. Hamiləlikdə ortaya çıxa bilən bəzi problemlər siqaret çəkən qadınlarda daha çox müşahidə olunur. Məsələn, siqaret çəkən qadınların uşaqsalma ehtimalı çəkməyənlərlə müqayisədə daha çoxdur.  Bənzər şəkildə placenta previa (mərkəzi cift gəlişi)  və ya ciftin erkən ayrılması halı da siqaret çəkən qadınlarda 2 dəfə çox rastlanan bir haldır. Ciftin erkən ayrılması halında həm ana namizədinin, həm də körpənin həyatı ciddi dərəcədə təhlükə altına düşür.

   Siqaretin hamiləlikdə, bəlkə də ən dəhşətli təsiri dölün ölümüdür. Hamiləlikləri  boyunca siqaret çəkən qadınların körpələrinin hamiləliyin  hər hansı bir dövrdə ana bətnində həyatını itirmə şansı  siqaret çəkməyənlərə görə daha çoxdur.

         Siqaretçəkmənin doğuşdan sonrakı təsirləri

    Siqaret və tütün məhsullarının qadın orqanizminə mənfi təsiri yalnız hamiləlik dövrü ilə məhdudlaşmır. Hamiləliyiniz boyu siqaret çəkmiş və hər hansı bir problem yaşamadan körpənizi dünyaya gətirməyiniz bundan sonra da heç bir problemlə üzləşməyəcəyinizə zəmanət vermir, çünki  hamiləliyi boyu siqaret çəkən qadınlardan doğulan körpələrdə "ani körpə ölümü sindromu” ilə rastlaşma təhlükəsi  təxminən 2 dəfə artmış olur. "Ani körpə ölümü sindromu”  hər hansı bir səbəb olmadan körpənin həyatını itirməsidir.  Doğuşdan sonra körpənin olduğu mühitdə siqaret çəkilməsi "ani körpə ölümü sindromu” riskini artırsa da, körpənin siqaret tüstüsünə ana bətnində ikən məruz qalması daha təhlükəlidir.

   Ani ölümdən başqa  bu körpələrdə doğuşdan sonra astma kimi bəzi xroniki sağlamlıq problemlərinə də çox rastlanır. Anaları hamiləlikləri boyunca siqaret çəkən uşaqların məktəbdəki qabiliyyətləri də yaşıdlarına görə daha aşağı olur. Bu uşaqlarda riyaziyyat başda olmaqla öyrənmə pozğunluqları müşahidə olunur. Yenə analoji şəkildə bu uşaqlarda davranış pozğunluqları və anti-sosial davranışlarda da daha çox rastlanır.

   Siqaretin  təsirlərinin xülasəsini versək,

  • Siqaret uşaqsalma riskini artırır.
  • Siqaret qadınların körpələrində qurdağızlıq və dovşandodaqlıq ( yarıq damaq) kimi anomaliyaların yaranma riskini artırır
  • Siqaret erkən doğuş riskini artırır
  • Siqaret mərkəzi cift gəlişi və ciftin erkən ayrılması riskini artırır.
  • Siqaret  uşaqsalma nisbətini  30% artırır.
  • Siqaret ana bətnində körpə ölümü riskini artırır.
  • Siqaret  uşaqda həyatının sonrakı dövlərində, astma (tənginəfəslik) və bu kimi xroniki xəstəliklərin yaranma riskini artırır.
  • Siqaret uşağın məktəblı dövründə öyrənmə qabiliyyətinin azalmasına səbəb olur.
  • Siqaret uşağın hiperaktiv olmasına səbəb olur.
  • Siqaret uşaqda davranış pozğunluqlarının əmələgəlmə riskini artırır.
  • Siqaret uşağınızın gələcəkdə siqaret aludəçisi olma riskini artırır.

    Aparılan tədqiqatlar  gün ərzində çəkilən siqaret sayı  ilə  bu risklər arasında düzgün bir əlaqə olduğunu göstərir. Yəni nə qədər çox siqaret çəksəniz, yuxarıdakı problemlərlə qarşılaşma riskiniz də bir o qədər artırmış olur. Gün ərzində çəkdiyiniz siqaret sayını azaltmağınız bu riskləri  azaltsa da,siqareti tamamilə atmadığınız  müddətdə heçə endirmir.  Siqaret çəkməyin etibarlı bir sayı yoxdur.  Gündə 3-5 ədəd siqaretin  zərəri yoxdur  demək olmaz. Lakin təbii olaraq siqaretin sayi azaldilsa ,üzləşəcəyiniz risk də daha az olacaqdır.  İdeal olan hamilə qalmadan əvvəl siqaret atmağınızdır.

  

      Məhz hamilə ikən siqareti atmağınız üçün 10 səbəb

  • Siqareti atdığınız zaman körpəniz da atmış olacaqdır.
  • Körpəniz dünyaya gəldiyi zaman təxminən 200 qram daha ağır olacaqdır.
  • Körpənizin doğuşdan sonra xəstəxanada qalma müddəti daha qısa olacaqdır.
  • Hamiləliyiniz daha rahat keçəcəkdir.
  • Hamiləliyiniz daha sağlam keçəcəkdir.
  • Körpənizin qarnınızda və ya doğuşdan sonra ölmə riski azalacaqdır.
  • Doğuşdan sonra körpənizdə astma (tənginəfəslik) və allergiya kimi xəstəliklərə rast gəlmə riski azalacaqdır.
  • Südünüz daha sağlam olacaqdır.
  • Xəstəlik riskinin azalacağı üçün körpənizin böyüməsini daha fərəhlə izləyə biləcəksiniz. 
  • Siqaretə verəcəyiniz pulu körpəniz üçün xərcləyə biləcəksiniz.
loading...


loading...
Muəllif: narmin  9-05-2016, 10:00   Baxılıb: 1 665   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.