Qeydiyyat    Giriş
Sayta giriş
» » Üz dərisinin CAVAN qalması üçün 7 SADƏ QAYDA
Qadın xəstəlikləri / Sağlam qidalanma

Üz dərisinin CAVAN qalması üçün 7 SADƏ QAYDA



Üz dərisinin CAVAN qalması üçün 7 SADƏ QAYDA
İnsan yaşa dolduqca dəri daha quru və nazik olur, üzərində qırışlar, ləkələr əmələ gəlir, dərinin rəngi pisləşir və s. Bütün bunlar təbii proseslərdir və orqanizmin ümumi qocalması ilə bağlıdır.

Bu prosesləri dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür. Bunun üçün heç də plastik cərrahlara müraciət etmək lazım deyil. Çox sadə qaydalara əməl etməklə dərinizi cavan və təravətli saxlaya bilərsiniz.

1. Cavan yaşlardan mimikanıza ciddi fikir verin.

Əgər qadın daim alnını, burnunun qırışdırır, dodaqlarını saxır, həddindən artıq gülümsəyirsə və s., bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları qoca yaşlarına kimi üz dərisini cavan və qırışsız saxlayır. Bunun əsas səbəblərindən biri onların mimikadan az istifadə etməsidir.


Apteklərə boşuna pul xərcləməyin!
2. Mümkün qədər az hallarda krem-pudra və yağlı tonal kremlərdən istifadə edin.

Bu vasitələr dərinin məsamələrini qapayır ki, nəticədə dərinin nəfəsalması pozulur. Bu isə üz dərisinin qocalmasını sürətləndirir.

3. Sağlam qidalanın.

Qidalanmanızda daim təzə meyvə-tərəvəz, göyərtilər, süd məhsulları, yarmalar olmalıdır. Zülallar da çox vacibdir. Qidalanmada zülalların (ət, toyuq, balıq, yumurta) az olması dərini tez qocaldır.

Qadının qidalanmasında kifayyət qədər yağlar (zeytun yağı, kərə yağı) olmalıdır. Quru dəri daha tez qocalır. Yağlar isə dərini quruluqdan xilas edir. Bundan əlavə yağlar yağlı turşularla zəngindir. Yağlı turşular dərinin daha tez bərpasına kömək edir.

Hal hazırda qadınların əksəriyyəti arıqlamaq üçün müxtəlif pəhrizlərdən istifadə edir. Lakin qadınlar bunu da bilməlidir ki, tez bir zamanda arıqlama üz dərisinin vəziyyətinə olduqca mənfi təsir edir.

4. Kifayət qədər su için.

Hər gün 8-10 stəkan təmiz su içmək lazımdır. Susuzlaşma dərinin ən böyük düşmənidir.

5. Hərəkətli olun.

Fiziki aktivlik orqanizmdə qan dövranı yaxşılaşdırır. Bu isə bütün orqanizmin və, o cümlədən, üz dərisinin cavan və sağlam qalması üçün əsas şərtlərdən biridir.

6. Kifayət qədər yatın və dincəlin.

Yuxu vaxtı orqanizm bərpa olunur. Yuxusuzluq orqanizmdə qocalma prosesləri sürətləndirir.

7. Dərinizə daim qulluq edin.

Dərini mütləq daim təmizləmək, qidalandırmaq və mənfi təsirlərdən (isti hava, külək) qorumaq lazımdır.

Xüsusi kosmetik massaj, qidalandırıcı və nəmləndirici maskalar və kremlər üz dərisini cavan saxlamağa kömək edir.
loading...


loading...
Muəllif: nigar  12-08-2018, 16:47   Baxılıb: 529   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.