Qeydiyyat    Giriş
Sayta giriş
» » Qolu sındığı üçün əməliyyata alınan 9 yaşlı Seymurun ölüm səbəbi bilindi - RƏSMİ
Həkimlər

Qolu sındığı üçün əməliyyata alınan 9 yaşlı Seymurun ölüm səbəbi bilindi - RƏSMİ



Qolu sındığı üçün əməliyyata alınan 9 yaşlı Seymurun ölüm səbəbi bilindi - RƏSMİ


Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: "Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”.


Lent.az

Müəllif: Nermine Mahmudova  11-07-2017, 20:41   Baxılıb: 3 921   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.