Qeydiyyat    Giriş
Sayta giriş
» » Burun estetikasında yeni dövr…"Burun beli yonma" tarixə qarışır.
Həkimlər

Burun estetikasında yeni dövr…"Burun beli yonma" tarixə qarışır.



Burun estetikasında yeni dövr…"Burun beli yonma" tarixə qarışır.


Burun estetikasında yeni dövr…"Burun beli yonma" tarixə qarışır.

Letdown rinoplastika, Elastik rinoplastika, Piezo rinoplastıka
Burun estetik əməliyyatları günü-gündən inkişaf etməkdədir. Yeni cihazlar, yeni alətlər, yeni üsulların məqsədi daha az müdaxilə və daha təbii burunlara çatmaqdır. Əməliyyatlarımızı daha az kəsiklər, zərbə, qırma işləmi olmadan, mikro alətlər ilə, incə saplarla qığırdaq və sümüklərə forma verərək icra edirik. Burun estetik əməliyyatı iki metod ilə icra edilir, qapalı və açıq.
Bizim mövzumuz və tərcihimiz qapalı rinoplastikadır.

Niyə qapalı rinoplastika?
Burun estetik əməliyyatına qərar verən hər bir pasiyenti maraqlandıran və düşündürən suallardan biri də burun ucundakı kəsik və kəsik izinin qalıcılığıdır. Qapalı rinoplastikada, artıq belə bir dərdiniz yoxdur. Beləki, burun ucunda heç bir kəsik olmadan, əməliyyat icra olunur. Digər üstünlük usə əməliyyat sonrası burundakı şişlərin daha tez çəkilməsi, normal həyata daha erkən qayıdıla bilinməsidir. Digər ən böyük üstünlük burun hərəkətliliyini və elastikliyini təmin edən, Pitanguy ligament adı verilən bağın qorunmasıdır. Bununlada «daş burun»’dan xilas olmuş olursunuz.

Sümük qırma deyil, sümük kəsmə
Rinoplastikaqnın yaralı olduğu, pasyiyentlərin qorxduğu vacib məqamlardan biri də çəkic, iskənə, sümük qırma işləmi idi. Xəstələrin ən çox qorxduqları əməliyyatdan sonra burunda olan göyərmə və şişkinliklərdir. Göyərmə ve şişkinliyə səbəb burun sümüklərinin sındırılmasıdır. Bu zaman bu damarlardan sızan qan isə göyərmə və şişkinliyə səbəb olur. Artıq burun estetiyinin göyərmə ve şişkinlik yaradan bu hissəsi üçün çox özəl yeni bir üsul var. Buna Ultrasonik rinoplastika deyilir. Yəni artıq burun sümüklərini səs dalğaları ilə kəsirik. Bu üsul sümüyü kəsib yumşaq toxumalara və damarlara qətiyyən zərər verməyən bir üsuldur. Sümüyə toxunduğunda sümüyü kəsir, ancaq damara toxunduğunda damara heç bir zərər vermir və bu səbəbdən qanama olmur. Heç bir şəkildə yumşaq toxuma və damar zədələnməsi olmadığı üçün qanama olmur, qanama olmadığı üçün göyərmə və şişkinliklər də olmur. Normal rinoplastika üsulu ilə edilən əməliyyatda çox ciddi şiş və göyərmə ola biləcək bir xəstədə Ultrasonik üsulla çox az şiş və göyərmələr olur. Yəni bu üsulla əməliyyat olunan xəstələr çox tez normal həyatlarına qayıdırlar.

Elastik bir burun
Əməliyyatlarımızı qapalı olaraq icra etdiyimizdən, subperixondral və subperiostal disseksiya dediyimiz burun qığırdaqlarının və sümüklərinin ən incə qatının və burun əzələ və bağlarını qoruyaraq, icra etdiyimizdən burun, əməliyyatdan sonra əməliyyatsız burunlar kimi hərəkətli və elastik olur. Hərəkətsiz burunlar həm gülüş zamanı, həm də mimiki hərəkətlər zamanı diskonfort yaradır. Buruna toxuna bilməmə kimi şikayətlər aradan qalxmış olur

Letdown rinoplastikası nədir? Nə kimi üstünlüklərə malikdir?
Qafqaz bölgəsinə sahib olduğumuz üçün, insanlarımızın burunlarındakı ən böyük problem burun belində olan donqardır. Daha öncələri bu donqarı müxtəlif alətlər ilə sümüyü yonaraq, qığırdaq hissəni kəsib xaric edərək, hündürlüyü aradan qaldırmış olurduq. Yalnız bu, burun belini yonma kəsmə işləminin gətirdiyi problemlər də qaçılmaz olurdu. Burun belində çökmələr,nahamarlıqlar tərs «V» dediyimiz burun beli görünümü, biz cərrahları və pasiyentlərimizi narahat edirdi. Letdown texnikasında isə burun belində yonma və kəsmə işləminə son qoyduq. Burun belindəki anatomini və təbiiliyi qorumaq adına, daha gözəl işıq effektləri almaq məqsədi ilə burun belində yonma və kəsmə etmədən, donqarlığın aşağı hissəsindən bir parça çıxararaq donqarlığı aşağıya endirmiş oluruq. Azərbaycanda ilk olaraq, tərəfimizdən icra olundu və nəticələri həm pasiyentlərimizi, həm də bizi sevindirdi.Sevindirici hal budur ki, letdown rinoplastinin ilk edildiyi ölkələr arasında Azərbaycan da yer aldı…

op.dr.Cavid İsmayılov

tel : 070 242 09 30

email: [email protected]

instagram : op.dr.cavid_ismayilov
loading...


loading...
Muəllif: narmin  9-07-2017, 19:43   Baxılıb: 9 160   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.