AZ AZ (az) RU RU (ru)
Qeydiyyat    Giriş
Sayta giriş
» » Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid
Həkimlər

Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid



Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid


Amerkada, Türkiyədə oxumuş, ishlemiş tanınmış Uzm. Dr. Mircəfər Seyid haqqında məlumat

Amerkada, Türkiyədə oxumuş, ishlemiş, Azerbaycana yeni gəlməsinə baxmayaraq qısa müdətdə etdiyi əməliyyatlarla tanınmış Uzm. Dr. Mircəfər Seyid – Plastik və estetik cərrah.
Estetik və Plastik cərrahiyyə uzmanı Op.Dr.Mircəfər Seyid Mirsəməd oğlu, 12.10.1984-cü ildə
Naxçıvan M.R. Şərur rayonunda anadan olmuşdur. 1990-cı ildə Şərur rayon 2 saylı orta məktəbə
daxil olmuş, 2001-ci ildə bitirmişdir.
2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini
fərqlənmə diplomuilə bitirmişdir. 2007-ci ildə Türkiyə Cümhurriyəti İzmir şəhərində uzmanlıq
təhsili öncəsi hazırlıq keçmiş, 2008-ci ildə Ege Universiteti Plastik, Estetik və Rekonstruktiv
cərrahiyyə kafedrasında uzmanlıq təhsilinə başlamışdır.
İxtisas müddətində, 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında ’’Cliveland’’ klinikasında Prof. Dr.
Mariya Semyonovanın rəhbərlik etdiyi ‘’Üz Transplantasiyası’’, ’’Kompozit Toxuma köçürülməsi və
Mikrocərrahiyyə’’ şöbəsində ixtisaslaşma keçərək fəxri diplomilə təltif olunmuşdur. 2013-cü ildə
Amerika Birləşmiş Ştatları ’’New York’’ əyalətində keçirilən ’’Endoskopik Üz Gəncləşdirmə,
Bədən və Süd vəzi Estetikası’’ üzrə canlı cərrahiyyə çalışmalarına dəvət edilmışdir. Uzmanlıq
təhsili müddətindəTürkiyə vəTürkiyədən kənar digər ölkələrdə onlarla kurs və konqreslərdə
məruzəçi və iştirakçı olaraq iştirak etmişdir. Ölkə xarici elmi jurnallarda ’’burun estetikası’’,
’’kompozit toxuma transplantasiyası’’, ’’toxumalarda işemiya reperfüya zədələnmələrinə’’ aid elmi
məqalələri dərc olunmuş və dərcolunmaqda olan məqalələri mövcuddur.

Estetik ve Plastik Emeliyyatlar

1. Estetik Burun Əməliyyatı
2. Göz qapaqlarının korreksiyası (Blefaroplastika)
3. Qulaq seyvanı Plastikası (Kepçe qulaq ve diğer qulaq deformasiyalarının korreksiyası)
4. Üzün Gərilməsi (alın gərmə, orta üz gərmə (midface lift), boyun gərmə, endoskopik
(kesiksiz) üz gərmə)
5. Qaşların korreksiyası
6. Üst ve Alt çənə deformasiyalarının korreksiyası
7. Dovşan dodaq ve Qurd ağızlığın korreksiyası
8. Mikrocərrahiyyə
9. Rekonstruktiv Cərrahiyyə
10. Saç əkilməsi (FUE texnikası ilə)
11. Estetik Süd vəzisi əməliyyatları (süd vəzinin kiçildilməsi, böyüdülməsi ve
dikləşdirilməsi)
12. Kişilərdə süd vəzinin korreksiyası (ginekomastiya)
13. Vücud şəkilləndirmə əməliyyatları (qol gərmə, bud gərmə, bədəndə olan sallanmış
dərinin koreksiyası)
14. Abdominoplastika ve Liposaksiya
15. Vücudda olan artıq piylerin korreksiyası
16. Sağrı nahiyesinin böyüdilmesi (piy ve implant vasitəsi ilə)
17. Ayaqların korreksiyası
18. Dodaqların Böyüdülməsi


Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid
Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid
Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid
Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid
Azərbaycanda gözəl əl işləri ilə insanların həyatını gözəlləşdirən həkimlərimiz var-Uzm. Dr. Mircəfər Seyid


Loading...
Müəllif: narmin  18-12-2016, 16:03   Baxılıb: 1 095   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.