Qeydiyyat    Giriş
Sayta giriş
» » SAÇQIRANLARDAN BİRDƏFƏLİK XİLAS OLUN! UNİKAL RESEPT!
Gözəllik

SAÇQIRANLARDAN BİRDƏFƏLİK XİLAS OLUN! UNİKAL RESEPT!



SAÇQIRANLARDAN BİRDƏFƏLİK XİLAS OLUN! UNİKAL RESEPT!


Saçqıranlar üçün təbii maska
4 çay qaşığı zeytun yağını, 1 ədəd yumurta sarısını və 1 desert qaşığı balı bir qabın içində yaxşıca qarışdırın və saçlarınızı çəngə-çəngə ayıraraq saçqıran yerlərə sürtün. Maskanı bütün saç uclarına çəkəndən sonra saçları dəsmalla bürüyün. 45 dəqiqə gözləyin və şampunla maskanı təmizləyin. Maskanı həftədə 1 dəfə edin.
Başqa bir resept:
1 çay qaşığı zeytun yağını, 1 çay qaşığı badam yağını, 2 xörək qaşığı avokado yağını bir qaba töküb ocaqda azca qızdırın və saç uclarına çəkin. Daha sonra saçları dəsmala bürüyün. Maska saçda ən az 6 saat qalmalıdır. Səhər qalxdıqda saçları bol şampunla yuyun. Bu maska saçların parıltısını özünə qaytaracaq, saçları yumşaldacaq və daha həcmli edəcək. Maskanı həftədə 1 dəfə təkrarlayın.
Saçqıranlara səbəb olan amillərdən uzaq durub, saçlara mütəmadi olaraq baxım maskaları çəksəniz, saçqıran əmələ gəlməsinin qarşısını ala bilərsiniz.

Müəllif: Nermine Mahmudova  5-07-2017, 22:59   Baxılıb: 1 358   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.