Qeydiyyat    Giriş
Sayta giriş
» » Saç üçün pəhriz
Gözəllik

Saç üçün pəhriz



 

Qış fəsli – saçlar üçün əsl sınaqdır: biz küçədə olanda, saçlarımız baş örtüyünün altında həddən artıq qızır, binanın daxilindəki quru hava isə onları qurudur. Zülallar, mürəkkəb karbohidratlar, vitamin və minerallar saçlarınızı daxildən möhkəmləndirməyə kömək edəcək.

 

Saçların möhkəmləndirilməsi üçün səhər yeməyi çox vacibdir. Səhərlər (evdən çıxmadan öncə), saçlarınıza zülal tələb olunur. Ona görə, gününüzü qayğanaq, omlet və ya qaynadılmış yumurta ilə başlayın.

Meyvə və tərəvəzlər

Bundan əlavə, səhər yeməyi, nahar və şam yeməyində çoxlu meyvə, tərəvəz və göyərti yeməyə çalışın. Onlar saçların ağarmasının və kəpəyin qarşısını alan B vitamini ilə zəngindir. 

 

Ət və balıq

Mal əti də B qrupunun vitaminləri ilə zəngindir. Bundan əlavə, mal ətinin tərkibində yüksək miqdarda zülal, dəmir və sink var. Həkimlər həftədə iki dəfə mal əti yeməyi tövsiyyə edirlər. 

Siyahını qırmızı balıq bağlayır. Qızılbalıq və somğa balığını yeyəndə, orqanizmimiz kifayət qədər sink, zülal və B12 vitamini ilə təmin olunur. Balığı gündə 100 qram olmaq şərti ilə, hər gün yemək olar. 

Düyü və kəsmik 

Qarnir qismində qəhvəyi rəngli düyü istifadə edin (B vitaminindən əlavə, onun tərkibində mürəkkəb karbohidratlar da var). 

Süd məhsullarına gəldikdə, seçiminizi kəsmikdə saxlayın. Kəsmiyi səhər yeməyində istifadə edə bilərsiniz. Bu süd məhsulunun yağsız növlərinə üstünlük verin. Kəsmik saçlarınızı zülal və kalsi ilə zənginləşdirəcək. 



Müəllif: Nermine Mahmudova  25-12-2015, 18:15   Baxılıb: 864   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.