Qeydiyyat    Giriş
Sayta giriş
» » Gələn il pensiyalar nə qədər artacaq?-Məbləğ bilindi
Foto qalereya

Gələn il pensiyalar nə qədər artacaq?-Məbləğ bilindi



Gələn il pensiyalar nə qədər artacaq?-Məbləğ bilindi


Gələn ilin yanvarında Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq əmək haqqının artım sürəti barədə məlumat alınacaq və pensiyaların bütöv məbləği buna uyğun indeksləşdiriləcək.
2018-ci ilin dövlət büdcəsində sosial müdafiəyə ayrılan vəsait təqribən 3,6 milyard manat həcmindədir. Bu vəsaitin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun öz büdcəsi hesabına maliyyələşdiriləcək. İşsizlikdən müdafiə fondunun büdcəsi isə gələn il üçün 90 milyon manat nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun verdiyi məlumata görə, dövlət büdcəsindən sosial müdafiəyə ayrılan vəsaitlər həm Dövlət Sosial Müdafiə Fonduna, həm əhalinin əmək və sosial müdafiəsinə müxtəlif yardım və ünvanlı müavinətlər şəklində nəzərdə tutulan məbləğlərdən, həm də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə ayrılan vəsaitlərdən ibarətdir. Bu, gələn il üçün bütün tədbirlərin həyata keçirilməsi üçün kifayət edəcək.
© xezerxeber.az
loading...


loading...
Muəllif: narmin  8-10-2017, 21:40   Baxılıb: 1 979   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.