Qeydiyyat    Giriş
Sayta giriş
» » Nazilə Səfərli 400 manat söhbətinə aydınlıq gətirdi: "Bizim evdə pul mövzusu yoxdu" - VİDEO
Foto qalereya

Nazilə Səfərli 400 manat söhbətinə aydınlıq gətirdi: "Bizim evdə pul mövzusu yoxdu" - VİDEO



Nazilə Səfərli 400 manat söhbətinə aydınlıq gətirdi: "Bizim evdə pul mövzusu yoxdu" - VİDEO


Son zamanlar tanınmış şairə Nazilə Səfərlinin 10 ay bundan əvvəl verilmiş müsahibəsi sifarişli formada şişirdilib və şairəyə qarşı qara piar rolunu alıb.
SaqlamHeyat.az Day.Az-a istinadən xəbər verir ki, əsəbləri gərgin olan şairə xanım və ailəsi bu durumdan narahatçılıq keçirib. Jurnalist xanımın "Həyat yoldaşınız sizə bahalı hədiyyələr alıb, təəccübləndirirmi" sualına cavab olaraq Nazilə Səfərli bildirib: " Xeyr, ərim 400 manat maaş alır, mənim isə bəxtim gətirib, tanınmışam deyə, bir az gəlirim çox olur" deməsi, həqiqəti söyləyib saxtakarlıq etməməsi birmənalı qarşılanmayıb.
Bir çox sosial şəbəkələrdə şairə xanımın sözləri təhrif olunub və reytinq üçün, insanları qıcıqlandırmaq üçün müsahibəyə əlavələr olunub, məğzi dəyişdirilib.
Nazilə xanım, həyat yoldaşınızın 400 manat maaş alması ilə bağlı olan müsahibəni 10 ay qabaq etsək də, elə bil indi ona ikinci nəfəs gəlib. Demişdiniz ki, ərim dövlət işində çalışır 400 manat maaş alır, mən isə bəxtim gətirib tanınmışam deyə ondan daha çox qazanıram.
"Bəli, elə söhbət olub. Amma sual verildi deyə, mən elə cavab verdim. Siz mənə sual verdiniz ki, həyat yoldaşınız sizə bahalı hədiyyələr edirmi, mən də riyakarlıq etmədim, gizlətmədim dedim ki, yox, çünki vermir.
Siz soruşdunuz niyə mən də o zaman cavab verdim ki, bu insanın maaşı 400 manatdır, mən ondan hansı hədiyyəni tələb edə bilərəm axı ... Mövzu belə olub. Ümumiyyətlə bizim evdə pul mövzusu yoxdur.
Kim nə qazandı evə gətirir, ailənin ümumi büdccəsi var. Mən bilirəm bu söhbətləri kim şişirib, oxun kim tərəfindən sancıldığını bilsəm də, susuram. Niyə susuram çünki həmin insanlar mənim gözümdə çox kiçikdilər.
Kiçik olduqları üçün də belə işlərə əl atırlar. Həm də onları reklam eləmək istəmirəm".

loading...


loading...
Muəllif: narmin  22-09-2017, 10:28   Baxılıb: 944   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
S?rhl?r (1)
Offline narmin 22 sentyabr 2017 10:36 şərh xəbər
Nazilə Səfərli 400 manat söhbətinə aydınlıq gətirdi: "Bizim evdə pul mövzusu yoxdu" - VİDEO
Xəbəri kommentdəki lingə daxil olmaqla oxuya bilərsiniz⬇⬇⬇
0
          1
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.