Qeydiyyat    Giriş
Sayta giriş
» » » Öskürəyi kəsən ən təsirli təbii üsullar
Digər / Xalq təbabəti

Öskürəyi kəsən ən təsirli təbii üsullar



 

Öskürəkdən xilas olmaq üçün təbii üsullara müraciət edə bilərsiniz.
 
Öskürək kəsən 3 təsirli üsulu təqdim edirik:
 
Heyva
 
Heyvanın həm meyvəsi, həm də yarpaqları öskürəyə qarşı təsirlidir. O, boğaz infeksiyalarını aradan qaldırır və sinəni yumşaldır. Qurudulmuş heyva yarpaqlarını 10-15 dəqiqə, təzə heyva yarpaqlarını isə 3-5 dəqiqə dəmləyərək gündə 2-3 fincan için.
 
Heyva yarpağı çayına bal və cökə çayı əlavə etməklə, onun təsirini daha da artıra bilərsiniz.
 
1 çay qaşığı əzilmiş heyva toxumunu 1 fincan qaynar suda 5-10 dəqiqə dəmləyin. Bu çayların hər birini gündə 1-2 dəfə içə bilərsiniz. Çaya şəkər əlavə etməmək məsləhətdir. Bitki çaylarını yeməklərdən 30 dəqiqə qabaq və ya 1-2 saat sonra içmək tövsiyə olunur.
 
Qara istiot və bal
 
Araşdırmalar qara istiotun immunitet sistemini gücləndirdiyini, orqanizmi xərçəngdən qoruduğunu, mədədəki yanğı hissini və spazmı aradan qaldırdığını sübut edib. Qara istiot öskürəyə qarşı da təsirlidir. Onun dənələrini ilıq suda dəmləyib üzərinə bir az bal əlavə edərək içmək olar. Gündə 1 dəfə içmək kifayət edəcək.
 
Hil və yaşıl çay
 
Hil və yaşıl çay immuniteti gücləndirir. Boğazdakı qıcıqlanmanı, ağrını aradan qaldırır. Yaşıl çay və hildən hazırladığınız çayı həm içə, həm də onunla qarqara edə bilərsiniz.



loading...
Müəllif: Nermine Mahmudova  10-02-2018, 21:38   Baxılıb: 810   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.