Qeydiyyat    Giriş
Sayta giriş
» » » 4 noyabr üçün astroloji proqnoz
Digər / Bürclər

4 noyabr üçün astroloji proqnoz



4 noyabr üçün astroloji proqnoz


Qoç
Ünsiyyət üçün əlverişli gündür. Siz nəzakətlisiniz .Bu münaqişələrdən qaçmağa, hətta ən tərs adamlarla yola getməyə kömək edir. Tez-tez çətin danışıqlar yalnız ona görə yaxşı keçir ki, siz doğru ton seçirsiniz, düzgün sözlər tapırsınız. Əhəmiyyətli gəlir gətirən sazişlər ehtimal ediləndir.
Səfərlər yaxşı formalaşırlar. Uğurlu təsadüf mümkündür. Bu sizin qarşısınızda müvəffəqiyyətə yol açacaq .Çoxdan arzu etdiyiniz alqı-satqıları ala bilmək şansınız olacaq.
Buğa
Xoşagəlməz hadisələr baş verəcək. Lakin problemlər siz gözlədiyinizdən də tez həll olacaq . Qeyri adi planlar ortaya çıxır. Sizin orijinal ideyalarınız onların həyata keçməsini təmin edir. Kiçik maliyyə itkiləri mümkündür. Onlar sizin büdcənizə ciddi zərər vurmayacaqlar.
Gələcəyə aid plan qurmaq olar, amma onların təcəssüm etməsi üçün səbirli olmaq lazımdı. İlk növbədə bu biznesə və işgüzar sferaya aiddir: xəyal qırıqlığına uğramaq təhlükəsi var.
Əkizlər
Siz yad insanların problemlərinə çox diqqət ayırırsınız, şəxsi maraqlarınızı bir kənara qoyursunuz. Belə yanaşma düzgün deyil. Əhatənizdəki insanaların sizin mərhəmətinizdən sui istifadə etməsinə icazə verməyin .
Emosional fon qeyri-stabildir, buna görə sakitliyi saxlamaq çətin ola bilər. Bəzi Əkizlər indi çox daha həssasdırlar və buna görə öz ünvanlarına söylənilən qeydlərə kəskin reaksiya verirlər. Kiçik maliyyə itkiləri istisna edilməmişdir. Planlaşdırılmamış almalardan çəkinmək lazımdır.
Xərçəng
Çox uğurlu gündür.Həm özünüz həm başqaları üçün faydalı işlər edə bilərsiniz. Gün əhəmiyyətli məsələlərin müzakirəsi üçün yarayır. Ziddiyyətli fikirlərinizdə aydınlıq yaratmaq şansınız olacaq və bu sizin həyatınızda böyük dəyişikliklərin başlanğıcı olacaq.
Siz öz hisslərinizə güvənirsiniz, sizi fikrinizdən daşındırmaq istəyən insanlara qulaq asmırsınız. Bəzən bu başladığınız işi sona çatdırmaqda mane olur . Amma bütovlükdə siz hər çətinliyin öhdəsindən yaxşı gəlirsiniz .
Şir
Kimlərdəsə xoş təəssürat yaratmaq üçün uyğun gündür . Sizin cazibənizə müqavimət göstərmək çox çətindir. Romantik münasibətlərin başlanğıcı istisna edilməmişdir. Onlar çox sürətli inkişaf edəcəklər.
Yeni ne isə oxumaq və öyrənmək asan olacaq . Siz yeni informasiyanı tez yadda saxlayırsınız, faktları düzgün analiz edirsiniz. Sizin şəxsi həyatınıza aid olan məsələləri sərbəst həll etməyə çalışın . Kiməsə məsləhət üçün müraciət etmək mənasızdır.
Qız
Siz çox qeyri-adi insanlarla iş görməli olacaqsınız.Talenin sizin qarşınıza çıxartdığı bu insanlar indiyə kimi rastalşdığınız insanalara benzəmirlər.Düzünü desək, onlar ümumiyyətlə heç kimə oxşar deyillər. Təəccüblənməyin və qiymətləndirməyə tələsməyin. İlk baxışdan qəribə görünən insanlardan çox şey öyrənmək olar.
İlham və azarkeşlik sizə müvəffəqiyyət qazanmağa kömək edirlər. Həlli imkansız görünən problebləri aradan qaldırmaq şansınız olacaq. Pul daxil olmaları , köhnə borcların qaytarılması istisna edilməmişdir.
Tərəzi
Gün kifayət qədər narahat olacaq. Emosional gərginlik olacaq. Siz ilk növbədə hansı problemləri həll edəcəyinizi bilmirsiniz. Bu sizi qıcıqlandırır və işlərdə qarışıqlığa gətirib çıxardır. Əgər vəziyyətə kənardan baxmağı bacarsanız , bütün problemlər həll edə biləcəksiniz.
Ailə işləri çox vaxtınızı ala bilər. Yaxınlarınızın sizin qayğınıza ehtiyacı var. Günün ikinci yarısında xoş hadisələr, hədiyyələr və sürprizlər mümkündür.
Əqrəb
İşlərdə ciddi çətinliklər yarana bilər. Siz mümkün qədər tez müvəffəqiyyət qazanmağa çalışırsınız, buna görə tez-tez səhvlərə yol verirsiniz. Əhatənizdəki insanalar , xüsusilə köhnə tanışlar və yaxın dostlar, yaxşı məsləhətlər verirlər. Təəssüf ki , siz onlara qulaq asmırsınız.
Bu gün istirahət üçün əla yarayır. Şən vaxt keçirmək, hansısa bir xoş səfərə yola düşmək imkanı var. Nişanın gənc nümayəndələrində yaradıcılıq sınaqları uğurlu olacaq.
Oxatan
Çətin gündür. Sizin mərhəmətinizdən istifadə etməyi arzu edənlərin sayı həddən artıq çox olacaq. Sizə onları rədd etmək çətin olacaq. Siz sakitcə öz maraqlarınızı və nöqteyi-nəzərinizi müdafiə etməyə çalışırsınız, amma bu həmişə alınmır. Münaqişəli vəziyyətlərdən qaçmaq çətin olacaq.
Maraqlı və qeyri-adi işlə məşğul olmağa dəyir. Yeni iş nə qədər çox vaxtınızı aparırsa, xoşagəlməz fikirlər üçün o qədər daha az vaxt qalır.
Oğlaq
Ünsiyyət nöqteyi-nəzərindən çətin gündür. Sizin hər kəlməniz ətrafdakıları qıcıqlandırır. Gərgin anlar , münaqişəli vəziyyətlər mümkündür. İndi mübahisə etmək deyil yaxşı münasibət saxlamaq lazımdır. Bəzi Oğlaqlara istəmədən fiziki əməklə məşğul olmaq lazım olacaq. Yüklənmələrdən çəkinməyə çalışın, onlar sağlamlıq üçün zərərlidir.
Günün ikinci yarısı daha şən və xoş keçir. Bu zaman köhnə tanışlarla vaxt keçirmək, hansısa bir maraqlı yerdə olmaq imkanınız olacaq.
Dolça
Sakitliyinizi saxlayın. Səbirli olun. Bu gün sizi qıcıqlandıran bir çox hadisələr baş verə bilər.Əvvəl sizi yarımsözdən anlayan insanlar belə sizi anlamağa çətinlik çəkir. Əhəmiyyətli qərarlar qəbul etmək arzu edilməyəndir.
Maliyyə çətinlikləri yarana bilərlər. Bu çətinliklər xüsusilə son zamanlar pulu düşüncəsizcə həddən artıq şeylərə xərcləyən nişanın nümayəndələrində olacaq. İndi qənaət etmək yerində olacaq.
Balıqlar
Əgər siz öz güclərinizi qiymətləndirsəniz hər şey yolunda gedəcək . Problemlərə real yanaşmağa dostlarınız kömək edirlər.Onların məsləhətlərinə qulaq asmağa dəyir. Yaxınlarınızla əhəmiyyətli məsələləri müzakirə etmək, səmimi söhbət etmək olar . Siz onlardan dəstək alacaqsınız.
Yeni tanıdığınız insanlarla ehtiyatlı olun. Onlar göründüklərindən də daha xain ola bilərlər. Hesablamalarda səhvlər istisna edilməmişdir. Əsas səbəb – diqqətsizlikdir. Sizə fokuslanmaq çox çətindir.

ens.az

loading...
Müəllif: narmin  3-11-2017, 21:12   Baxılıb: 1 677   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.