Qeydiyyat    Giriş
Sayta giriş
» » » 2 noyabr üçün astroloji proqnoz
Digər / Bürclər

2 noyabr üçün astroloji proqnoz



2 noyabr üçün astroloji proqnoz



Qoç
Mühüm qərarlar qəbul etmək arzu edilməyəndir. Necə hərəkət etmək lazım olduğunu bilmirsiniz.Buna görə siz manipulyasiyaların və intriqaların qurbanı olmağa risk edirsiniz. Cari işlərə fokuslanmağa dəyir. Gələcəyə plan qurmaq və onları tərəfdarlarla müzakirə etmək üçün münasib vaxtdır.
Danışıqlar çox gərgin keçir. İşdə və evdə fikir ayrılıqları mümkündür .Yalnız səbir sizə münaqişələrdən qaçmağa kömək edəcək. Sevdiyiniz insanlarla son dərəcə nəzakətli olun.
Buğa
Əgər siz boş şeylərə görə əsəbləşməsəniz gün yaxşı keçəcək. Bəli, siz hadisələrin başqa cür inkişaf etməsəni istərdiniz; lakin indi baş verən hadisələr sizin xeyrinizədir. Dostlara kömək üşün müraciət etmək olar, onlar istənilən şəraitdə sizin tərəfinizdə olacaqlar.
Sürprizlər ehtimal ediləndir.Onlar sizin əhval-ruhiyyənizi qaldıracaqlar. Axşam köhnə tanışlarla görüşlər sizi sevindirəcək. Maraqlı tədbirlərdə olmaq imkanınız olacaq.
Əkizlər
Səhər bir-birinə zidd və gərgin olacaq. Siz boş şeylərə görə tez-tez mübahisə edirsiniz, güzəştə getmək istəmirsiniz. Bununla da sizə əziz olan insanları incidə bilərsiniz. Zaman keçdikcə hər şey yoluna düşür .
Əhəmiyyətli qərarlar qəbul etməyə müvəffəq olursunuz və onlar tamamilə doğru olurlar. Günün ikinci yarısında işlərdə irəliləmə ehtimal ediləndir. İşdə gözə çarpan müvəffəqiyyətlərə nail olmaq olar. Dostlarla axşam görüşləri xoş olacaq. Romantik görüşlər sizi xəyal qırıqlığına uğratmayacaqlar: siz onları çox yadda qalan və qeyri-adi edə biləcəksiniz.
Xərçəng
Ünsiyyət üçün əla gündür. Hamıyla asanlıqla ümumi dil ümumi dil tapa bilrsiniz. Tək problem ondan ibarətdir ki, siz öz şəxsi arzu və planlarınızı ikinci plana keçirmisiniz. Sərt olmağa qorxmayın, bu münaqişəyə gətirib çıxarmayacaq.
Öhdənizə götürdüyünüz hər bir işdə müvəffəqiyyət qazana bilərsiniz . Çoxdanki münaqişələri də aradan qaldırmaq şansınız olacaq.
Şir
Gün kifayət qədər mürəkkəb olacaq, amma yenə də həlledilməz problemlər gətirməyəcək. Əgər siz çətin anlarda səbirli olsanız, vəziyyətdən çıxış yolunu tapacaqsınız. İndi köməyə görə kiməsə müraciət etmək lazım deyil . Özünüzə güvənmək daha yaxşıdır.
Pulla daha ehtiyatlı olmaq lazımdır. Böyük bir məbləği itirə və ya boş şeyə xərcləyə bilərsiniz. Axşama doğru hər şey yaxşı olacaq. Məhz bu vaxt baş verən hadisələr əhval-ruhiyyənizi qaldıracaqlar.
Qız
Uğurlu və maraqlı gün sizi gözləyir. Yeni işlər öhdənizə götürə bilərsiniz. Hər işiniz uğurla nəticələnəcək. Son zamanlar sizə dinclik verməyən çətin məsələlərin uğurlu həlli istisna edilməmişdir . Əməkdaşlıqla bağlı gözlənilməz təkliflər ehtimal ediləndir .Çox maraqlı və perspektivli layihələrin üstündə işləmək şansınız olacaq.
Əgər siz həyatınızda nə isə dəyişdirmək istəyirdinizsə, indi bunu etmək olar. Ən cəsarətli və qeyri-adi ideyaları reallaşdırmağa qorxmayın: siz müvəffəqiyyət qazanacaqsınız.
Tərəzi
Ürəyinizcə olmayan çox hadisələr baş verir . İşdə dəyişikliklər mümkündür. Kolleqalarla münasibətlər asan formalaşmır. Onlar sizə paxıllıq edirlər. Haqqınızda zərər çəkə biləcəyiniz şayiələr yayırlar .
Əgər baş verənlərə hazır olsanız və öz maraqlarınızı müdafiə etsəniz neqativ tendensiyaların öhdəsindən gələ və müvəffəqiyyətlərə nail ola bilərsiniz. Bunun üçün inadkar olmanız və öz güclərinizə inanmanız lazımdır.
Əqrəb
Günün başlanğıcı maraqlı və əlverişli olacaq. Bu vaxt lazımlı məsələlərin nailiyyətinə görə böyük səy etməniz lazım olmur. Maraqlı görüşlər ehtimal ediləndir.
Günün ikinci yarısı daha mürəkkəb olacaq. Bu zaman köhnə işlər özlərini xatırlada bilərlər. Yad problemləri və ya mürəkkəb məsələləri həll etmək lazım olacaq.
Oxatan
Əgər müvəffəqiyyətlərə nail olmaq istəyirsinizsə, ciddi və diqqətli olun. Yüngül uğurlara və sürətli qələbələrə bel bağlamaq böyük səhvdir. Sadəlövh olmaq lazım deyil: əhatənizdə olan bəzi insanlar sizin yerinizə göz tikirlər və sizi gözdən salmaq üçün əllərindən gələni edirlər.
Zəngin həyat təcrübəsinə malik insanların dəstəyi faydalı olacaq. Günün sonunda gözlənilməz xəbərlər mümkündür. Onlara görə planları dəyişdirmək lazım olacaq, amma siz buna şad olacaqsınız.
Oğlaq
Gün çox maraqlı keçəcək. Hadisələr çox sürətli inkişaf edəcəklər .Sizə imkan daxilində heç nə unutmadan olanlara çox tez reaksiya vermək lazımdır. Öz hədəflərinizin nailiyyəti üçün nə qədər çox səy qoyursunuz, o qədər tez nəticələrə nail olursunuz. Gəlirlərin sürətli artmasını söz verən işgüzar təkliflər mümkündür.
Əhatənizdəki insanlarla ümumi dil tapmaq daha çətin olacaq. Onlar sizi düzgün anlamırlar, sizin nailiyyətlərinizi qiymətləndirmirlər. Amma günün sonuna doğru münasibətlərdə harmoniya bərpa olacaq.
Dolça
Özünüzü yormamağa çalışın: həddən artıq yüklənmələr sağlamlığınıza təsir edə bilər. Əgər işləri təxirə salmaq və istirahət etmək imkanınız varsa, bunu edin. Dostlarınız sizə həvəslə kömək edəcəklər. Yeni tanışlar da sizə yardım etməyə şad olacaqlar.
Yaxınlarınızla münasibətlər çətin olacaq: onlar sizi anlamırlar, hətta ən zərərsiz qeydlərə belə küsürlər. Günün ikinci yarısında səfərlər mümkündür.
Balıq
Uğurlu gündür. Siz başladığınız işlərin müvəffəqiyyətinə əminsiniz və belə optimizm üçün əsaslı səbəbləriniz var. Əvvəlki aldığınız təcrübələrdən istifadə edəcəksiniz. Yeni istedadlarınız meydana çıxacaq və bu ətrafınızdaki insanları çox təəccübləndirəcək.
Tərəfdarlar tapmaq asandır. Öz planlarınızı bölüşdüyünüz insanlar, onların həyata keçirilməsində həvəslə kömək edəcəklər. Pul daxil olmaları mümkündür. Onlar az olsalar da ,uğurlu alqı-satqı etməyə icazə verəcəklər.

ens.az

loading...
Müəllif: Nermine Mahmudova  1-11-2017, 22:40   Baxılıb: 764   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.