Qeydiyyat    Giriş
Sayta giriş
» » » 24 oktyabr üçün astroloji
Digər / Bürclər

24 oktyabr üçün astroloji



24 oktyabr üçün astroloji


Qoç
Siz çox şeyə çətinliklə nail olursunuz, amma bu təslim olmaq üçün səbəb deyil. Bəli, şərait indi sizə qarşıdır, amma sizin tərəfinizdə etibarlı müttəfiqlər var. Şübhəli layihələrdə iştirak etmək arzu edilməzdir. Onlar sizə böyük gəlir vəd etsələr də bu işlərdən çəkinin.
Ciddi maliyyə öhdəliklərini öz üzərinizə götürməyin. Kreditlə alqı etməyin. Günün ikinci yarısı sürprizlər, gözlənilməz hadisələr vəd edir. Planlarınızı dəyişdirmək lazım olacaq. Nə olursa olsun planlarınızdan imtina etməyin: sizdə hər şey alınacaq.
Buğa
Uğurlu gün sizi gözləyir. Maraqlı tanışlıqlar mümkündür. Yeni tanışlıqlar işgüzar münasibətlər kimi başlana bilər, sonra romantik münasibətə dönə bilər. Siz özünüzü səmimi və açıq aparırsınız, bu əhatənizdəki insanların çox xoşuna gəlir. Köhnə dostlar hər şeydə həvəslə kömək edirlər, ideyalarınızı dəstəkləyirlər.
Pul daxil olmaları ehtimal ediləndir. Bəzi Buğalar əlverişli sazişlər bağlaya və ya böyük gəlir söz verən layihələrdə iştirak edə biləcəklər.Karyerada yüksəliş mümkündür. Günün sonunda xoş xəbərlər ehtimal ediləndir.
Əkizlər
Maraqlı , xoş təsadüflərlə zəngin gündür. Yeni məsələlər meydana çıxır. Onları həll edərək , siz çox şey öyrənəcəksiniz. Gələcəkdə təcrübəsindən istifadə edəcəyiniz insanlarla tanış ola biləcəksiniz. Görüşlər və danışıqlar yaxşı keçir. Siz öz ideyalarınızla insanlarda maraq oyatmağı bacarırsınız.
Çox Əkizlər əhəmiyyətli olan işlərə girişəcəklər. Çox səy qoymaq lazım olur, amma onlar hədər olmayacaqlar. Siz gözlədiyinizdən də böyük nəticələrə imza atacaqsınız.İşgüzar münasibətlərlə şəxsi maraqları qarışdırmaq arzu edilməyəndir. İş romanları bu gün əlverişli deyil.
Xərçəng
Çox zidd və çətin gündür. İşdə və evdə fikir ayrılıqları mümkündür. Siz hətta hər zaman asanlıqla yola getdiyiniz insanlarla belə razılığa gələ bilmirsiniz. Qayğılarınız çoxalır. Hər işi özünüz etməli olursununz.
Yaranan problemlərə baxmayaraq, siz optimistsiniz. Vəziyyət yaxşıya doğru tezliklə dəyişəcək. Çoxdanki arzularınıza çatmaq şansınız olacaq . Əsas – özünüzü itirməyin.
Şir
İş və təhsil nöqteyi-nəzərindən çox uğurlu gündür. Orijinal ideyalar meydana çıxır və onları həyata keçirmək asan olur. Gözlənilməz pul daxil olmaları mümkündür.Siz lazımlı şeylər alacaqsınız və ya alınmış məbləği əlverişli bir iş üçün kənara qoyacaqsınız. Kolleqalarla və köhnə tanışlarla ünsiyyət xoş olacaq. Çoxdankı partnyorlar sərfəli şərtlərdə əməkdaşlıq təklif edə bilərlər.
Çox pozitiv emosiya hədiyyə edəcək səfərlər mümkündür. Yolda xoş tanışlıqlar istisna edilməmişdir.
Qız
Səhər məyus olmamağa çalışın. Bəli, bu ağır gündür. Hər şey çox uğursuz formalaşır, gözlənilməz hadisələrə görə planları dəyişdirmək lazım olur. Bir az vaxt keçəcək və vəziyyət dəyişməyə başlayacaq. Günün ikinci yarısı xoş sürprizlər gətirəcək.
Yaxşı ideyalar meydana çıxacaq. Onları dostlarla və tərəfdarlarla müzakirə etməyə dəyir. Birgə iş haqqında razılaşacaq və qarşınızdakı hədəflərə nail olmağı bacaracaqsınız. Günün sonunda pul daxil olmaları mümkündür.
Tərəzi
Hər şey siz istədiyiniz kimi getməsə də, təslim olmayın. İndi sizin inadınız inanılmaz nəticələr gətirə bilər, ona görə hədəfə doğru hərəkət etməyə davam edin. Pul daxil olmaları ehtimal ediləndir. Ehtimal ki, siz bu məbləği tez xərcləyəcəksiniz, amma heyfslənməyəcəksiniz.
Yaxınlarlarla ümumi dil tapmaq daha çətin olacaq. Siz çox açıqsözlüsünüz. Ətrafınızdakılarla çox kəskin danışırsınız.Dostların məsləhətlərinə qulaq asmağınız bəzi problemlərin qarşısını ala bilər .
Əqrəb
Bu gün sizdə hər şey çox yaxşı alınır və bundan vacib işlərdə müvəffəqiyyət qazanmaq üçün istifadə etmək olar. Günün emosional fonu əlverişlidir, siz azarkeşliklə mürəkkəb məsələlərin həllini öhdənizə götürürsünüz. İdeyalarınızla və planlarınızla əhatənizdəki insanlarda maraq oyada bilirsiniz. Nüfuzlu insanların dəstəyini qazanmaq, yeni dostlar tapmaq şansınız olacaq.
Gün romantik münasibətlər üçün də uyğundur. Gözlənilməz səfərlər sizi sevindirəcək.İşlər və qayğılar çox olsa da , yorğunluq hiss etməyəcəksiniz.
Oxatan
Ünsiyyət üçün əlverişli gündür. Qadınlarla söhbətlər xüsusilə faydalı olur.Onlar yaxşı məsləhətlər verəcəklər. Güclü cinsin nümayəndələriylə yola getmək bir qədər mürəkkəb olacaq, amma siz onlarla da ümumi dil tapacaqsınız. Əgər sizə kömək lazım olacaqsa, köhnə və yeni tanışlar sizə rədd etməyəcəklər.
Gözlənilməz hədiyyələr, uğurlu almalar və sazişlər ehtimal ediləndir. Böyük pul daxil olmaları istisna edilməmişdir. Bu gün qeyri-adi məşğuliyyətlər üçün yarayır. Burada hansısa bir əhəmiyyətsiz çətinliklər yarana bilərlər, amma onlar sizi qorxutmayacaqlar, müvəffəqiyyətə nail olmağa mane olmayacaqlar.
Oğlaq
Problemlərin öhdəsindən tez gəlməyə müvəffəq olmursunuz.Yolunuzda maneələr yaranır, amma bu günün hadisələrindən siz çox şey öyrənə bilərsiniz. Maraqlı tanışlıqlar , insanlarla görüşlər ehtimal ediləndir. Siz öz səhvlərinizi təhlil etməyi, anlamağı bacarırsınız.
Köhnə tanışlar sizi dəstəkləyəcəklər . Yaxın insanlar cəsarətli ideyaların həyata keçirilməsində kömək etməyə şad olacaqlar.
Dolça
Problemlər və ləngimələr yaranır, buna görə işlərin öhdəsindən gəlmək çətin olacaq. Amma siz vəziyyətdən çıxış yolu tapacaqsınız. Köhnə və yeni tanışlara köməyə görə müraciət etmək olar. Amma nüfuzlu adamlarla ehtiyatlı olmaq lazımdır: onların xidmətləri baha başa gələcək .
Günün adət edilmiş qaydalarını kənara qoymaq arzu olunandır, o əhval-ruhiyyənizə pis təsir edə bilər. Gün kulinariya sınaqları üçün əlverişsizdir: allergik reaksiyalar , qida zəhərlənmələri istisna edilməmişdir.
Balıqlar
İşgüzar partnyorlarla yaxşı münasibətləri saxlamaq üçün əhəmiyyətli güzəştlərə getmək lazım olacaq. Tez -tez planları dəyişdirməyə, qərarlar qəbul etməyə hazır olun. Sizə öz hərəkətlərinizi fikirləşmək üçün zaman olmayacaq. Amma intuisiyaya güvənə bilərsəniz.
Mürəkkəb alətləri almaq arzu edilməyəndir,çünki tez qırılırlar və ya sadəcə faydasız olurlar. Dostluq görüşləri üçün yaxşı gündür, amma romantik görüşlər ehtimal ki uğurlu olmayacaq.

ens.az

loading...
Müəllif: narmin  23-10-2017, 22:24   Baxılıb: 703   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.