Qeydiyyat    Giriş
Sayta giriş
» » » 18 oktyabr üçün astroloji proqnoz
Çàãðóçêà...
Digər / Bürclər

18 oktyabr üçün astroloji proqnoz



18 oktyabr üçün astroloji proqnoz


Qoç
Sizə sakitliyi saxlamaq çox çətindir. Emosiyalarınız güclüdür və bir-birinə ziddir. Məhz buna görə səhvlərə yol verirsiniz. Şəxsi təcrübəyənizə arxalanın. Bu günün çox hadisələri sizə keçmişi xatırladır. Əvvəlki hərəkətlərinizi təhlil etməklə bu gün düzgün qərar qəbul edə bilərsiniz.
Əhəmiyyətsiz və xırda işlərə belə ciddi yanaşma əhəmiyyətlidir. Planlaşdırdığınız işləri təxirə salmaq lazım deyil.
Buğa
Çox məhsuldar gündür. Müvəffəqiyyətlərə nail olmaq olar. Siz hətta adət edilmiş işlərə yaradıcılıqla yaxınlaşırsınız, buna görə onların öhdəsindən gəlirsiniz. Qeyri-adi tanışlıqlar , insanlarla görüşlər mümkündür. Romantik münasibətlər istisna edilməmişdir.
Orijinal ideyalar , qeyri-adi planlar meydana çıxır. Yaxınlarınızla öz fikirlərinizi bölüşün və dəstək alın. Günün ikinci yarısı – nəqliyyat vasitələrinin alınması üçün uyğun vaxtdır.
Əkizlər
Günün birinci yarısı uğurludur. Əhəmiyyətli iş məsələlərini həll etmək, müvəffəqiyyətli danışıqlar keçirmək, sənədləri rəsmiləşdirmək , işləri nizama salmaq mümkün olacaq. Amma sonra başladığınız işi sona çatdırmaq üçün sizdən daha çox səy tələb olunacaq.
Günün ikinci yarısı təlaşlı və nizamsız olacaq.Onlarla mübarizə aparmaq demək olar ki, mümkün olmayacaq. Sizə bu çətin vəziyyətdə müşahidəçilik və kəskin intiusiya kömək edir. Amma informasiya çatışmazlığı düzgün qərar qəbul etməyə mane olur.
Xərçəng
Günün birinci yarısında əsəbiləşməməyə çalışın. O kifayət qədər uğursuz formalaşa bilər, amma bu dövrdə yaranan bütün problemlər həll olma xüsusiyyətinə malikdirlər. Siz yaxın insanlarla və müttəfiqlərlə münaqişələrdən qaçmaq üçün bu məsələlərin həlli yollarını tez tapmağa çalışın. Nə qədər çox faydalı məlumat əldə etsəniz , o qədər tez və düzgün qərar qəbul etməyə müvəffəq olacaqsınız.
Kiçik maliyyə itkiləri , uğursuz almalar mümkündür. Xərclənmiş pula görə peşman olmaq lazım deyil: tezliklə yenilərini qazanacaqsınız.
Şir
Şərait sizin üçün heç də əlverişli obrazla formalaşmır. İndi onlarla mübarizə aparmaq lazım deyil. Vəziyyətə uyğunlaşmağa çalışın.Bu bir çox problemlərin müvəffəqiyyətli həlli şansınızı əhəmiyyətli dərəcədə artıracaq. Açılmış cığırlarla getmək lazım deyil. Əgər siz şəxsi yolunuzu tapacaqsınızsa hədəfinizə uğurla nail olacaqsınız.
Yaxınlarla mübahisə etməməyə çalışın. Siz onlarla razı olmasanız belə susmağınız məsləhətdir. Haqlı olduğunuzu sözlərlə sübut etmək indi mənasızdır. Hərəkət edin və sübut edin ki , sizin fərziyyələriniz doğru idi.
Qız
Gün kifayət qədər sakit keçir. Siz əvvəl başlanmış işinizi sonuna kimi çatdıra biləcəksiniz .Bəzi məsələlərin cavablarını tapacaqsınız. Sınamış müttəfiqlərin dəstəyinə əminsinizsə yeni bir iş öhdənizə götürə bilərsiniz. Pula görə fikir ayrılıqları istisna edilməmişdir. Maliyyə məsələlərinin müzakirəsini təxirə salmaq daha yaxşıdır.
Şəxsi həyatda yaxşılığa doğru dəyişikliklər istisna edilməmişdir. Sizə doğma və dəyərli olan insanla münasibətləriniz daha da dərinləşəcək. Fikir ayrılıqları və şübhələr keçmişdə qalacaq.
Tərəzi
Narahat, amma çox ümidverici gündür. Mümkün qədər tez hədəfləri və prioritetləri müəyyən etmək, ən vacib işlərə fokuslanmaq lazımdır . Kolleqalarla fikir ayrılıqları , işçi münaqişələri mümkündür. Bir az vaxt keçəcək və əhatənizdəki insanlar sizin haqlı olduğunuza şahid olacaqlar.
Fiziki əməklə və təhlükəli idman növləriylə məşğul olan nişanın nümayəndələrinə bu gün xüsusiylə ehtiyatlı olmaq lazımdır: travma almaları mükündür. İzdihamlı yığıncaqlarda qonaq olmaq arzu edilməyəndir. Axşamı sakit istirahətə həsr etmək daha yaxşıdır.
Əqrəb
Əlverişli gündür. Siz inadkarsınız və buna görə müvəffəqiyyətlərə nail olmaq şansınız çox yüksəkdir. İşdə əhəmiyyətli irəliləmə mümkündür. Maliyyə sualları müvəffəqiyyətlə həll edilir. Pul daxil olmaları ehtimal ediləndir, onlar lap yerinə düşəcəklər.
Genişmiqyaslı və mürəkkəb işləri öhdənizə götürmək lazım deyil. Günün ikinci yarısını yaxınlarınızla ünsiyyətə həsr edə bilərsiniz.Bu sizə çox pozitiv emosiyalar hədiyyə edəcək.
Oxatan
Bu günün hadisələri sizi sevindirəcək. Əhəmiyyətli iş məsələlərini həll etmək, işdə müvəffəqiyyət qazanmaq imkanınız olacaq. Siz insanlarla yaxşı yola gedirsiniz, onlar sizin arxanızda dururlar, dəstək olurlar. Ciddi layihədə əlverişli əməkdaşlığın başlanğıcı istisna edilməmişdir. Bu iş sizə peşəkar zirvələrə yol aça bilər.
Təlaşdan və nizamsızlıqdan qaçmağı bacarmayacaqsınız, amma onlar sizə başladığınız işi sonuna kimi çatdırmağa mane olmayacaqlar.Siz düzgün hərəkət edirsiniz. Ən yaxşı yardımçınız isə intuisiyanızdır.
Oğlaq
İnadcıl olun. Bu gün siz planlaşdirdığınızdan daha çox iş görə biləcəksiniz. Yeni işlər öhdənizə götürə bilərsiniz. Onlar çox mürəkkəb görünsələr də sizə etibarlı müttəfiqləriniz kömək edəcəklər. Bəzən çox şey planlaşdırdığınız kimi getmir. Üzülməyin, siz istənilən hadisələrin inkişafından xeyir alırsınız.
İctimai həyatda fəal iştirak edən Oğlaqlar üçün gün əlverişli olacaq. Yüksək cəmiyyət tədbirlərinə və başqa izdihamlı yığıncaqlarda iştirak etmək faydalı olacaq. Siz maraqlı insanlarla tanış olacaqsınız.
Dolça
Kifayət qədər uğurlu, amma bir qədər yorucu gün olacaq. Sizə çətin məsələləri həll etmək, təxmin belə etmədiyiniz mürəkkəb işlərlə məşğul olmaq lazım olacaq. İşdə fikir ayrılıqları mümkündür.Haqlı olduğunuza kolleqalarınızı inandırmalı olacaqsınız.
Şəxsi münasibətlər harmonik formalaşır. Siz yarımsözdən yaxınlarınızı anlayırsınız. Hədiyyələr və xoş sürprizlər ehtimal ediləndir. Axşam romantik görüşlər üçün yarayır və çox xoş dəqiqələr hədiyyə etməyə söz verir.
Balıqlar
Gün çətinliklərlə doludur. Bu çətinliklər sizi fikrinizdən döndərməyəcəklər. Siz çox inadcısınız, öz planlarınızdan imtina etmək istəmirsiniz və onları reallaşdırmaq üçün gözlənilməz üsullar tapırsınız. Bu əhəmiyyətli iş məsələlərinin həlli üçün uyğun gündür. Söhbətlər , potensial partnyorlarla görüşlər yaxşı keçir.
Ulduzlar sizi dəstəkləsələrdə, buna ciddi olaraq bel bağlamaq lazım deyil.

ens.az

loading...
Müəllif: Nermine Mahmudova  17-10-2017, 21:38   Baxılıb: 751   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...