Qeydiyyat    Giriş
Sayta giriş
» » » 12 oktyabr üçün astroloji proqnoz
Digər / Bürclər

12 oktyabr üçün astroloji proqnoz



12 oktyabr üçün astroloji proqnoz



Qoç
Heç kimlə dalaşmamağa çalışın. Ətrafınızdaı insanlara qarşı nə qədər sülhsevər və səbirli olsanız, bir o qədər ciddi problemlərdən qaçmaq şansınız olacaq. Hətta ən yaxın insanlarla yola getmək çətin olacaq. Sizi tez-tez yanlış anlayırlar, amma bu – müvəqqəti haldır. Sonra yenidən ümumi dil tapmağı bacaracaqsınız.
Fiziki və mənəvi yüklənmələrdən qaçmanız məsləhətdir. İş üçün bu gün yaxşı gün deyil, amma istirahət etmək və gücləri bərpa etmək üçün uyğundur. Axşam xoşagəlməz hadisələr barədə düşünmək lazım deyil, bu yuxusuzluğa gətirib çıxara bilər.
Buğa
Boş şeylərə görə həyəcanlanmayın , hər şey gözlədiyinizdən də yaxşı olacaq. Bəzən ciddi olmyan problemlər yarana bilərlər və asanlıqla öz həllərini tapacaqlar. Unikal həyat təcrübəsiylə bölüşməyə hazır qeyri-adi tanışlıqlar ehtimal ediləndir. Əgər siz diqqətli olsanız çox faydalı məlumatlar əldə edə bilərsiniz.
Orijinal ideyalar meydana çıxır. Onları reallaşdırmağa tələsməyin.Yüz ölçüb bir biçin. Əgər siz yeni işə başlamağa hazırlaşırsınızsa ilk növbədə, ətraflı iş planı tərtib edin.
Əkizlər
Gün məhsuldar və maraqlı olacaq. Taleylərindən narahat olduğunuz insanlara kömək etmək şansınız olacaq. Maraqlı iş məsələləri meydana çıxacaq. Onları həll edərək, siz özünüzü ən yaxşı tərəfdən göstərə, əhatənizdə olan insanlara özünüzü sübut edə biləcəksiniz . Təəccüblü odur ki, bundan sonra sizə maraqlı işgüzar təkliflər daxil olacaq.
İnsanlarla yaxşı yola gedirsiniz.Təsadüfi tanışlar sizin müttəfiqiniz və etibarlı köməkçiniz ola bilərlər. Romantik münasibətlər istisna edilməmişdir.
Xərçəng
Günün başlanğıcı mürəkkəb olacaq. Bu zaman siz xüsusilə sadəlövhsünüz və bədxahlar tərəfindən asanlıqla tələyə düşə bilərsiniz. Maliyyə itkiləri , uğursuz almalar mümkündür. Biznesə pul qoymaq arzu edilməyəndir.
Günün ikinci yarısı daha əlverişlidir: uğur sizə gülümsəyəcək. Başladığınız işləri sona çatdırmağa müvəffəq olursunuz. Köhnə dostlar özlərini xatırladacaqlar, onlarla birlikdə siz yaxşı vaxt keçirəcəksiniz. Gözlənilməz hədiyyələr və başqa xoş sürprizlər mümkündür.
Şir
Bütün vacib işləri səhər planlaşdırmaq daha yaxşıdır: məhz bu vaxt onlar asanlıqla həll olacaqlar. Vaxt keçdikcə daha çox maneələr yarana bilər və bu işlərin öhdəsindən gəlmək üçün daha çox inad və səy tələb oluna bilər. Müttəfiqlərdən kömək gözləməyərək şəxsi gücünüzə bel bağlamaq məsləhətdir.
Günün ikinci yarısında gözə çarpmayan müvəffəqiyyətlərə nail olmağı bacaracaqsınız. Bəzi Şirlərə əlverişsiz vəziyyətə görə öz planlarından imtina etmək lazım olacaq. Evdə xırda qarışıqlıqlar mümkündür. Yaxınlarınıza qarşı mərhəmətli olun.
Qız
Gün başqasının səhvindən nəticə çıxardan Qızlara böyük müvəffəqiyyətlər vəd edir. Siz cəsarətli planlar quracaqsınız və tezliklə onları reallaşdırmağı bacaracaqsınız. Məhsuldar əməkdaşlığın başlanğıcı mümkündür. Bu gün sizə kömək edən insanlar, zamanla əsl dost olacaqlar.
Qeyri-adi, amma çox maraqlı işgüzar təkliflər ehtimal ediləndir. İşi dəyişdirmək, yad sferada öz güclərini yoxlamaq olar. Şəxsi münasibətlərdə dəyişiklik arzu edilməzdir.
Tərəzi
Çox ümidlər verən, məhsuldar və maraqlı gündür. Siz enerji ilə dolusunuz və çətinliklərdən qorxmursunuz.Əvvəl yaxınlaşmağa belə cürət etmədiyiniz işləri azarkeşliklə öhdənizə götürürsünüz. Bəzən əhatənizdə olanlarla fikir ayrılıqları yaranır, amma siz haqlı olduğunuzu heç kəsi incitmədən, səbirlə sübut edirsiniz .
Pul daxil olmaları mümkündür. Siz alınmış məbləğlə, uğurlu almaları edəcəksiniz və ya onu biznesin inkişafına qoyacaqsınız. Gözlənilməz səfərlər ehtimal ediləndir. Yola çıxmaq qəfil olacaq; diqqətli olun, heç nə unutmayın.
Əqrəb
Gün çox sakit keçir. Hadisələr siz gözlədiyinizdən daha yavaş inkişaf edir.Bu sizə hər addımı fikirləşməyə, düzgün qərarlar qəbul etməyə imkan verir.Darıxdığınız insanlarla görüşmək imkanınız olacaq. Dostlarla əhəmiyyətli məsələləri müzakirə etmək, ümumi planlar qurmaq olar.
Yaxınlarınızla münasibətlərin necə formalaşması sizdən asılıdır. Kəskin iddialar etməməyə çalışın .Maksimal dərəcədə nəzakətli olun.
Oxatan
Bu gün əhəmiyyətli iş məsələlərin həlli üçün yaxşı yarayır. İndi siz təşəbbüs göstərməyə, məsuliyyəti öz üzərinə götürməyə hazırsınız. Hamıya aydın olur ki, siz rəhbərlik etmək bacarığına maliksiniz. İnsanlara ilham verib və maraq oyadırsınız. Ehtimal ki, məhz indi qəbul edilmiş qərarlar karyerada yüksəlməni reallaşdıracaqlar.
Pul daxil olmaları ehtimal ediləndir.Onlar kifayət qədər təvazökar ola bilərlər, amma bu yalnız başlanğıcdır. Günün ikinci yarısı alqılar üçün uyğundur.
Oğlaq
Gün çətin formalaşır, amma sağlam düşüncə istənilən maneələrin öhdəsindən gəlməyə kömək edə bilər. Başqalarının özünü itirəcəyi çətin məsələləri siz asanlıqla həll edirsiniz. Təhsildə müvəffəqiyyətlər ehtimal ediləndir. İndi siz informasiyanı tez yadda saxlayırsınız, faktları müqayisə edirsiniz və düzgün nəticələr çıxarırsınız. Ətrafınızdakılarlar sizin müşahidəçiliyinizlə çox təəccüblənəcək.
Gözlənilməz xəbərlər mümkündür.Çoxdan görüşmədiyiniz insanlarla görüşlər istisna edilməmişdir. Çox Oğlaqlar axşamı xoş xatirələrlə keçirəcək və bu onların əhval-ruhiyyəsini gözə çarpır dərəcədə yaxşılaşdıracaq.
Dolça
Gün xoş keçir, sürprizlərlə və uğurlu təsadüflərlə sevindirir. Kənardan elə görünür ki, siz hər şeyə asanliqla nail olursunuz.Bu da bəzi insanların sizə paxıllıq etməsinə səbəb olacaq. İşlərinizin müvəffəqiyyətinə görə kəskin intuisiyanıza borclusunuz.
Qeyri-adi tanışlıqlar, dəyər verdiyiniz insanlarla təsadüfi görüşlər mümkündür. Siz öz qeyri-adi ideyalarınızla və həyata baxışlarınızla ətrafdakılarda maraq oyada bilərsiniz.
Balıqlar
Bu gün həyatınızı qaydaya salmağa, lazımsızdan qurtulmağa, hədəfləri və planları müəyyən etmək üçün yaxşı yarayır. Siz çox ciddi köklənmisiniz . Yaxınların və tanışlarınızın sizi dəstəkləmədiyinə baxmayaraq öz planlarınızı həyata keçirməyə hazırsınız. Gözlənilməz dəstək ala bilərsiniz. Rəqibləriniz müttəfiqiniz ola bilərlər.
Öz sirlərinizi açmağa, vacib məlumatlarla bölüşməyə tələsmirsiniz. Ünsiyyətdə təmkinli olmanız yaxşıdır. Yorucu işləri günün birinci yarısına planlaşdırmaq daha yaxşıdır.Belə olduqda həyat enerjinizi boş yerə israf etməyəcəksiniz.

ens.az

Müəllif: Nermine Mahmudova  11-10-2017, 19:49   Baxılıb: 1 891   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.