Qeydiyyat    Giriş
Sayta giriş
» » » 9 oktyabr üçün astroloji proqnoz
Digər / Bürclər

9 oktyabr üçün astroloji proqnoz



9 oktyabr üçün astroloji proqnoz


Qoç
Günün başlanğıcı uğurludur. Məhsuldar və sərbəst iş və birgə layihələrdə iştirak üçün uyğundur. Fikir ayrılıqları və mübahisələr mümkündür, amma sizin səyləriniz sayəsində bütün müzakirələr konstruktiv olacaq. Nüfuzlu insanların dəstəyi ilə əhəmiyyətli işlərə imza atmaq şansınız olacaq.
Günün ikinci yarısı təhsil üçün münasibdir. Yaxın zamanlarda çox köməyinizə çatacaq informasiya ala biləcəksiniz.Sizə əziz olan insanlarla asanlıqla ümumi dil tapacaqsınız.
Buğa
Pozitiv emosiyalarla dolu əlverişli gündür. Darıxdığınız dostlarla görüşmək, dərdləşmək imkanınız olacaq. Romantik davamı olacaq tanışlıqlar mümkündür. Əhəmiyyətli məsələləri sərbəst müzakirə etmək daha yaxşıdır.
Pul daxil olmaları və uğurlu alqılar ehtimal ediləndir. Bəzi Buğalar çoxdan arzu etdikləri əşyanı alacaqlar. Səfərlər ola bilər. Onlar gözlənilməz və xoş başlanmaya bilərlər, amma sonda çox razı qalacaqsınız.
Əkizlər
İşgüzar danışıqlar və işlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli gündür. Günün birinci yarısı peşəsini dəyişmək istəyən Əkizlər maraqlı təkliflər ala biləcək. Sizi çoxdan maraqlandıran bir işlə məşğul olmaq şansınız olacaq. Nişanın bəzi nümayəndələri öz hobbiləri ilə qazanmaq üsulunu tapacaqlar.
Əhəmiyyətli xəbərlər istisna edilməmişdir. Ehtimal ki, onlar uzaqlardan gələcək və sizi planlarınızı dəyişdirməyə məcbur edəcəklər. Axşam romantik sürprizlər ola bilər. Bu vaxt dostluq və romantik görüşləri üçün yarayır.
Xərçəng
Yad insanların problemlərinin həlli bu gün daha çox vaxt və güc alır və bu sizi çox qıcıqlandırır. Sizə aid olmayan sualları cavablandırmaq üçün daim öz məşğuliyyətlərinizdən yayınmalı olusunuz. Ciddi münaqişələr yaranmayacaq: siz buna imkan verməyəcəksiniz. Günün ikinci yarısında istirahət üçün vaxt tapmaq lazımdır. Siz çox yüklənmisiniz və bu əhvalınıza pis təsir edə bilər.
Şir
Günün başlanğıcı gərgin və mürəkkəb olacaq. Bu zaman sizə ürəyinizcə olmayan işlərlə məşğul olmaq lazım olacaq. Siz səbirsizsiniz.Vəziyyəti mümkün qədər tez dəyişdirməyə çalışırsınız, amma buna müvəffəq olmursunuz və bu sizi qıcıqlandırır.
Xoşbəxtlikdən, günün ikinci yarısı əhəmiyyətli dərəcədə xoş atmosfera yaranacaq. Köhnə ideyaları reallaşdırmaq, hansısa bir maraqlı layihələrə fokuslanmaq imkanınız olacaq. Faydalı tanışlıqlar istisna edilməmişdir. Siz ətrafınızda yaxşı təəssürat yaradacaqsınız.
Qız
İşə fokuslanmaq çətin olacaq. Hətta adət edilmiş işlər mürəkkəb görünə bilər . Xoşbəxtlikdən sizə məsləhət verən və kömək etməyə hazır olan yaxın insanlar var. Dəstək üçün kişilərə müraciət etmək daha yaxşıdır, çünki bu gün qadınlarla razılaşmaq bir qədər mürəkkəb olacaq.
İşgüzar əlaqələrdə aydınlıq lazımdır. Sizin simpatiyanızı qazanmaq üçün dəridən-qabıqdan çıxan insanlardan uzaq durun. Pulla bağlı məsələlərdə boş vədlərə aldanmayın.
Tərəzi
İşgüzar danışıqlar , açıq çıxışlar, insanlarla görüşlər üçün əlverişli gündür. Xoş təəssürat yaratmaq üçün: sadəcə səmimi olmanız kifayətdir. Səfərlər mümkündür. Bu zaman siz nəinki faydalı təkliflər alacaqsınız, həm də vaxtınızı xoş keçirəcəksiniz.
Pul daxil olmaları , uğurlu almalar etmək şansınız olacaq. Maliyyə məsələlərinin həllində intuisiyanıza güvənin, o sizi yanıltmayacaq.
Əqrəb
Daha ehtiyatlı və diqqətli olmaq lazımdır.Bu gün diqqətsizlik üzündən sonradan peşman olacağınız səhvlərə yol verə bilərsiniz . Xoş olmayan danışıqlar daha çox vaxt alırlar. Məhz onlara görə siz fikirləşdiyiniz heç bir işi yoluna qoya bilməyəcəksiniz.
Maliyyə problemləri yarana bilər. Səbəb – ailə üzvlərinin artan ehtiyacları ola bilər. Yaxınlarınızın qəlbini qırmaq istəmirsiniz, ancaq indi pulu həqiqətən əhəmiyyətli olan şeylərə xərcləmək lazımdır .
Oxatan
Yersiz riskdən çəkinməyə çalışın. İndi ehtiyatlılıq həyatın bütün sferalarında lazımdır. Belə yanaşma çox xoşagəlməz hadisələrdən qaçmağa icazə verəcək. Hər atdığınız addımı fikirləşin, emosiyaların təsiri altında qərar qəbul etməyin. İşgüzar əlaqələrdə aydınlıq lazımdır. Şübhəli şəxsiyyətlərdən kənar durmanız məsləhətdir .
Siz ilk baxışda əhəmiyyətli görünəcək yeni informasiya alacaqsınız . Unutmayın ki, hər şeyi yoxlamaq lazımdır. Sizi yanlış yönləndirən insanlar var . Axşam ən yaxın insanlarla ünsiyyət üçün yarayır. Dərdləşib ,sizin üçün əhəmiyyətli olan dəstək alacaqsınız.
Oğlaq
Sakitliyi saxlamaq bu gün çətin olacaq. Siz impulsivsiniz, səbirsizsiniz, boş şeylərə görə qıcıqlana bilərsiniz. Ancaq mehriban, müsbət köklənmiş insanlarla ünsiyyət sizin əhval-ruhiyyənizə yaxşı təsir edə bilər.
Evdə problemlər yarana bilərlər. Onların həlli üçün əhəmiyyətli məbləğ xərcləmək lazım olacaq. Bunun üçün peşman olmaq lazım deyil: tezliklə yeni daxil olmalar və əlverişli sazişlər sizi gözləyir. Günün sonunda köhnə tanışlardan və ya gözlənilməz görüşlərdən xoş xəbərlər almanız mümkündür.
Dolça
Gün uğurlu olacaq. Bu o demək deyil ki, siz müvəffəqiyyətlərə asan nail olacaqsınız və heç bir səy göstərmədən əhəmiyyətli qələbələr qazanacaqsınız. Dəfedilməz maneələr yolunuzda yaranmayacaq. Gərgin anlarda dostlar və müttəfiqlər mütləq kömək edəcəklər. Ətrafınızdakılarların danışıqlarına diqqətlə qulaq asın : faydalı şeylər öyrənmək şansınız var.
Günün ikinci yarısı yaxşı xəbərlərlə və xoş sürprizlərlə sizi sevindirəcək. Bu zaman pul daxil olmaları , hədiyyələr mümkündür. Romantik görüşlər siz gözlədiyinizdən daha yaxşı keçəcək.
Balıq
Gün kifayət qədər çətin olacaq. Xüsusilə nə bahasına olursa olsun münaqişələrdən çəkinməyə, əhatə edən insanlarla yaxşı münasibətlər saxlamağa çalışan Balıqlar üçün çətin olacaq. Siz yerinə yetirə bilməyəcəyiniz vədlər verirsiniz və tezliklə də təəssüf edirsiniz. Bu gün iş və şəxsi münasibətlərə aid olan əhəmiyyətli qərarlar qəbul etmək lazım deyil. Siz vəziyyəti yanlış qiymətləndirirsiniz.
Maliyyə itkiləri , uğursuz sazişlər mümkündür. İstənilən şübhəli başlamalarda iştirakdan çəkinin.


ens.az

loading...
Müəllif: narmin  8-10-2017, 21:15   Baxılıb: 1 544   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.