Qeydiyyat    Giriş
Sayta giriş
» » » 5 oktyabr üçün astroloji proqnoz
Digər / Bürclər

5 oktyabr üçün astroloji proqnoz



5 oktyabr üçün astroloji proqnoz


Qoç

Ünsiyyət üçün əlverişli gündür. Qeyri-adi insanlarla görüşlər mümkündür. Faydalı təcrübələr etmək, öyrənmək şansınız olacaq. Əhəmiyyətli məsələləri təbii şəraitdə müzakirə etmək daha yaxşı olar. Belə sizə xoş təəssürat yaratmaq , öz ideyalarınıza partnyorlarınızı inandırmaq daha asan olacaq. Tanış qadınlar faydalı məsləhətlər verəcəklər və çətin vəziyyətlərdə yardım edəcəklər.
Pulla bağlı istənilən işlərlə günün ikinci yarısında məşğul olmaq daha yaxşıdır. Bu zaman planınızda olan və olmayan alqılar mümkündür.

Buğa

İşgüzar danışıqlar və əməkdaşlığın başlanğıcı üçün əlverişli gündür. Tərəfdarlar tapmaq imkanınız olacaq. Onlar problemlərin öhdəsindən tez gəlməyə kömək edəcəklər. İşlərinizdə irəli getmək üçün təşəbbüs göstərmək lazımdır. Sizin cəsarətli ideyalarınız uğurlu olacaq.
Maliyyə işlərinizdə nizam yaratmağın tam vaxtıdır. İndi siz hara yatırım etməyin uyğun və gəlirli olduğunu anlayırsınız.

Əkizlər

İşlərinizdə ciddilik əhəmiyyətlidir. Əgər siz yüngülxasiyyət olacaqsınızsa və öz ötəri arzularınızın arxasınca gedəcəksinizsə, onda çətin ki,müvəffəqiyyətlərə nail olacaqsınız.İtkilər istisna edilməmişdir. Yanınızda sizə ilham verəcək biri olmasa çox tənbəllik edəcəksiniz və heç nəyə nail olmayacaqsınız.
Tədbirlər və ya başqa izdihamlı yığıncaqlarda olacaqsınız. Özünüzə artıq diqqət cəlb etməməyə çalışın. Faydalı məsləhətlər almaq şansınız var.

Xərçəng

İşgüzar ünsiyyət , tərəfdarların və müttəfiqlərin axtarışı üçün əlverişli gündür. Siz öz cəsarətli ideyalarınızla əhatənizdə olan insanlarda maraq oyada biləcəksiniz. Onlar sizə planlarınızın həyata keçməsində kömək edəcəklər. Əhəmiyyətli maliyyə daxil olmaları mümkündür. Pullarınızı xərcləməyə tələsməyin: tezliklə çox sərfəli yatırım etmək şansınız olacaq .
Xoş tanışlıqlar istisna edilməmişdir. Siz insanların xoşuna gəlirsiniz və onlar sizə həvəslə kömək edirlər. Romantik münasibətlərin başlanğıcı ola bilər. Onlar sizə çox pozitiv emosiyalar hədiyyə edəcəklər.

Şir

Əgər siz vacib işləri planlaşdırdınızsa, onlarla müstəqil məşğul olmalı olacaqsınız. Siz müttəfiqlərin köməyini alsanız da, ən ciddi məsələləri məhz siz təkbaşına həll etməlisiniz.
Bu gün sınaqla dolu olan mürəkkəb gündür. Amma bu günün başqa üstünlükləri də var: birincisi, siz çox şey öyrənəcəksiniz, ikincisi, əvvəl fikir vermədiyiniz işlərə diqqət yönəldəcəksiniz. Nəticədə həyatınızı gözə çarpır dərəcədə dəyişdirmək şansınız olacaq .

Qız

Əhəmiyyətli görüşləri günün birinci yarısında planlaşdırmaq məsləhətdir. Bu zaman sizə yeni tanışların xoşuna gəlmək asan olacaq. Sizin ideyalarınıza şübhə ilə yanaşan insanlar onları asanlıqla qəbul edəcək və onların həyata keçməsində yardım edəcəklər . Nahara qədər maliyyə məsələlərini həll etmək və ya sənədlər imzalamaq arzu edilməyəndir, çünki səhv etməniz mümkündür.
Sonra isə əksinə, dəqiqlik tələb edən işlərlə məşğul olmaq olar. Təhsildə müvəffəqiyyətlər mümkündür. Siz əvvəl mürəkkəb görünən mövzuları tez anlayırsınız . Ağıllı insanlarla ünsüyyət qurmaq sizə maraqlı olacaq .

Tərəzi
Bu gün mübahisələrdən uzaq durun. Siz əhatənizdə olan insanardan diqqət və dəstək gözləyirsiniz. Amma təəssüf ki gözlədiyiniz dəstəyi ala bilməyəcəksiniz. Əgər siz sakit və özünüzə əmin olsanız bir çox problemlərin öhdəsindən gələ biləcəksiniz. Yaranan fikir ayrılıqlarının səbəbləri əslində ğöründüyü kimi əhəmiyyətli deyil.
Pulla daha ehtiyatlı olmaq lazımdır.Bu gün siz onları boş şeylərə xərcləməyə meyllisiniz. İmicinizlə bağlı təcrübə aparmaq arzu edilməyəndir, çünki siz nəticədən razı qalmayacaqsınız.

Əqrəb

Əlverişli gündür. Əvvəl başladığınız mürəkkəb məsələləri həll etməyin əsl vaxtıdır. Siz yorğunluq hiss etməyəcəksiniz. Əhatənizdə olan insanlar sizə həvəslə kömək edirlər, amma siz əhəmiyyətli məsələləri özünüz həll etməyə çalışırsınız .
Çox gözəl ideyalar meydana çıxacaq. Onların reallaşdırması gəlirləri gözə çarpır dərəcədə artırmağa imkan verəcək. Təcrübəsinə etibar etdiyiniz insanlarla planlarınızı müzakirə edin.Onların sizə çox faydası toxunacaq .

Oxatan

Gün kifayət qədər gərgin olacaq. İşlə və ya təhsillə bağlı problemlər ortaya çıxa bilər. Yaxın saydiğınız müttəfiklərinizlə fikir ayrılığı yarana bilər. Başlanmış işləri sona çatdırmaq üçün zəhmət və inad lazımdır. Təəssüf ki, bu gün onların ikisi də sizə uzaqdır.
Provokasiyalara təslim olmayın, səbrinizi hər zamankindən artıq sınayan insanlarla dalaşmamağa çalışın. Axşam – rahatlanmaq üçün və özünüzü sevindirmək üçün çox uyğundur.

Oğlaq

Günün başlanğıcı kifayət qədər gərgin olacaq. Sizə bağqalarının səhvlərindən yeni çox şey öyrənmək lazım olacaq. İşdə və evdə mübahisələr ola bilər.Sizə insanlarla yola getmək çətindir . Planlaşdırılmamış səfərlər mümkündür. Bu səbəbdən planlarınızı dəyişdirmək lazım olacaq və bu sizi çox məyus edəcək.
Günün ikinci yarısında hüquq məsələlərini həll etmək , sənədlərin rəsmiləşdirilməsiylə məşğul olmaq, dövlət təşkilatlarına baş çəkmək olar. Həmçinin bu vaxt konsentrasiya tələb edən iş üçün çox uyğundur.

Dolça

Müvəffəqiyyətlərə nail olmaq olar, amma bunun üçün çox səy və inad tələb olunur. Hər şey sizin zəiflik və şıltaqlıqlarınızı bir kənara buraxıb ciddi olmanızdan asılı olacaq. Faydalı tanışlıqlar istisna edilməmişdir. Xoş təssürat yaratmaq çətin olmayacaq. Bu isə mühüm məsəsləslərin həllində sizə kömək etməyəcəyi üçün etibarlı və ləyaqətli partnyor olduğunuzu sübut etməli olacaqsınız.
Bu gün təhsil , iş və şəxsi həyatınızla bağlı planlar qurmaq yaxşı nəticələrin başlanğıcı ola bilər. Siz vəziyyəti anlamağa, güclərinizi və imkanlarınızı düzgün qiymətləndirməyə, hər şeyi qabaqcadan görməyə müvəffəq ola bilərsiniz.

Balıqlar

Səhər pozitiv emosiyalara dolu olacaq. Nişanın bəzi nümayəndələrini bu vaxt xoş görüşlər sevindirəcək. İşləri təxirə salmamaq daha yaxşıdır.
Günün ikinci yarısında işdə və evdə mübahisələr istisna edilməmişdir. Siz son dərəcə həvəssiz güzəştə gedirsiniz, bu sizi əhatə edən insanları məyus edir. Maliyyə itkiləri və uğursuz sazişlər ehtimal ediləndir. İstənilən şübhəli başlamalardan çəkinin, təsadüfi tanışlara sizi macəralara sürükləməyə icazə verməyin.


ens.az

Müəllif: Nermine Mahmudova  4-10-2017, 18:50   Baxılıb: 2 088   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
Şərhlər (1)
Offline Nermine Mahmudova 4 oktyabr 2017 19:05 şərh xəbər
"Qrup yoldaşın deyəcək ki, əxlaqsızsan" - 670 bal toplayan tələbənin ÖLÜM SƏBƏBİ
Xəbəri kommentdəki lingə daxil olmaqla oxuya bilərsiniz⬇⬇⬇
0
          1
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.