Qeydiyyat    Giriş
Sayta giriş
» » » 8 fevral üçün astroloji proqnoz
Digər / Bürclər

8 fevral üçün astroloji proqnoz



8 fevral üçün astroloji proqnoz


Qoç
İşlə və bizneslə bağlı məsələlərin müzakirəsi üçün uyğun gündür. Potensial partnyorlarla və işə götürənlərlə görüşlər yaxşı keçir. Qadınlarla yola getmək daha sadədir.Onlar dərhal sizin müttəfiqiniz olurlar, həvəslə kömək edirlər, bir çox şeydə dəstəkləyirlər.
Uğurlu təsadüflər mümkündür. Siz onlardan hansısa bir köhnə problemləri həll etmək üçün və ya əhəmiyyətli məsələlərə cavablar almaq üçün istifadə edəcəksiniz. Axşam – romantik gəzinti üçün mükəmməl vaxtdır. Sevdiyiniz insanla ünsiyyət çox xoş olacaq.
Buğa
Gün öz-özlüyündə elə də pis deyil, amma siz onu çox daha çətin edə bilərsiniz. Siz həddən artıq gücü çox yorucu və demək olar ki, ümidsiz işlərə verirsiniz.Halbuki onları təxirə salaraq, yaxşı nəticələrə tez nail olmaq mümkün olardı. Tez pul qazanmaq arzusu bəzi Buğaları pis vəziyyətdə qoyacaq: nişanın belə nümayəndələri şübhəli macəralara qarışırlar və çox şey itirirlər.
Hamının xoşuna gəlməyə çalışmayın. Bacardığınız işlərin arxasınca düşün. O zaman müvəffəqiyyətə nail olmaq şansınız çox yüksək olacaq.
Əkizlər
Fantaziya , ixtiraçılıq, hazırcavablıq tələb edən çox vacib işlər sizi gözləyir. Ehtimal ki müvəffəqiyyətə nail olmağı bacarmayacaqsınız. Təcrübə aparın – nəticə sizi məyus etməyəcək.
Ünsiyyət üçün uyğun gündür. İşgüzar və qeyri-formal vəziyyətdə görüşlər yaxşı keçir, yeni müttəfiqləri tapmaq asandır. Dostlar yaxşı xəbərlərlə və cəlbedici təkliflərlə sevindirəcəklər.Sevimli insan – xoş sürprizlə sizi təccübləndirəcək.
Xərçəng
Hər bir işdə sizə kömək edəcək insanları tapmaq şansınız var. Ancaq onlarda xoş təəssürat yaratmaq üçün, çalışmaq lazım olacaq. Zahiri görünüş mühümdür, ona görə ona xüsusi diqqət ayırın.
Yeni işlər çıxa bilərlər.Çox güc vermək lazım olacaq. Pul daxil olmaları istisna edilməmişdir. Onlar lap yerində olacaqlar. Əlverişli almaları etmək və ya ümidlər verən layihəyə vasitə qoymaq imkanınız olacaq.
Şir
Hər şey çətindir, amma vəziyyəti yaxşıya doğru dəyişdirmək şansınız var. Əsas sizdən tələb olunan – səbirdir. Provokasiyalara təslim olmaq olmaz. Əgər siz hər addımı fikirləşəcəksinizsə, onda səhvlər buraxmayacaqsınız, hədəfə doğru əsl yolu tapacaqsınız.
Pulla daha ehtiyatlı olmaq lazımdır. Bu gün siz fikirləşmədən xərcləməyə meyllisiniz və çətin vəziyyətdə qalmağa risk edirsiniz. Günün ikinci yarısını evdə keçirmək məsləhətdir. Beləliklə siz gücləri bərpa edə, ürəkdən istirahət edə biləcəksiniz.
Qız
Etibar etdiyiniz insanlarla daha yaxın ünsiyyət saxlamağa çalışın. Bu yaranmış vəziyyətə yeni üsulda baxmağa kömək edəcək. Sizi əvvəllər görməzdən gələn insanalarla yaxınlaşmaq şansınız var.
Özünü öhdəliklərlə bağlamaq lazım deyil: onları yerinə yetirmək çətin olacaq.Sizə hansısa çoxdankı razılıqları pozmaq lazım olacaq, buna görə xoşagəlməz anlar yaranacaqlar. Amma münaqişələrdən qaçmağı bacaracaqsınız. Son zamanlar gərgin fomalaşan münasibətlər qaydaya düşəcək.
Tərəzi
Əlverişli gündür. Sizdə hər şey çox yaxşı alınır. Yeni ideyalar meydana çıxır. Onları tezliklə həyata keçirməyi bacaracaqsınız. Ancaq hər şey asan verilmir. Dəstək və başqa insanların köməyi tələb olunan məqamalrda çətinliklər yarana bilər: insanalarla ümumi dil tapmağa bəzən müvəffəq olmursunuz. Müvəqqəti maliyyə problemləri istisna edilməmişdir.
Təhsil və təcrübə mübadiləsi üçün uyğun gündür. Siz diqqətcilsiniz. Vaxtında vacib məlumatı almaq şansınız var. Axşam dostlarla əhəmiyyətli məsələləri danışmaq imkanı olacaq.
Əqrəb
Günün başlanğıcı zidd və parlaq olacaq. Bu vaxt işgüzar danışıqlar üçün əlverişli deyil. İşlə bağlı məsələlərin müzakirəsi şəxsiyyətə keçidlə və davayla bitəcək.Qərarının üstündə baş sındırmaq lazım olacaq məsələlər meydana çıxacaq. Siz çətinliklərin öhdəsindən gəlmək üsulunu tapacaqsınız.
Günün ikinci yarısı istirahət etmək, gücləri bərpa etmək , nəyləsə özünü sevindirmək üçün yarayır. Bu vaxta maraqlı işləri və xoş görüşləri planlaşdırmaq olar.
Oxatan
Uğurlu məhsuldar gündür. Praktiklik bu gün sizə yaxşı xidməti qulluq göstərəcək, səhvlərdən qaçmağa kömək edəcək. Yeni maraqlı işlə məşğul olmaq imkanı olacaq.
Çətin işgüzar danışıqlar sakit keçirmək mümükün olmayacaq: siz emosional provokasiyaya asan təslim olursunuz, tez-tez kəskin reaksiya verirsiniz. Mürəkkəb məsələləri sərbəst həll etmək yaxşıdır.
Oğlaq
Günün başlanğıcı çətin olacaq. Sizə mürəkkəb işlərlə məşğul olmaq və xoşagəlməz insanlarla iş birliyində olmaq lazım olacaq . Səbirlə ehtiyat görmək və imkan daxilində heç kəsə öz emosiyalarını göstərməmək lazımdır. Əhatənizdəki insanalr sizin hisslərinizi nə qədər az bilsələr o qədər daha yaxşıdır.
Tədricən vəziyyət yaxşıya doğru dəyişir. Siz yalnız axşam özününzü sakit və rahat hiss edə biləcəksiniz. Gələcək haqqında düşünməyə çalışın. Tanışlıqlar çıxarılmamışdır . Onlar zamanla romantik davamını alacaqlar. Burada hadisələri tələsdirməmək lazımdır.
Dolça
Dalaşmamağa çalışın: əgər özünüzü dostcasına aparsanız , çox münaqişələrdən və kəskin vəziyyətlərdən qaçmaq olar. Kolleqalarla və rəhbərliklə yaxşı münasibətləri saxlamaq lazImdır. Unutmayın ki, indi çox şey məhz sizdən asılıdır.
Pula və qiymətli əmlaka aid olan işlərdə ehtiyatlı olmaq lazımdır. Siz indi çox israfçısınız.
Balıqlar
Sakitliyi saxlamaq çətindir: bu gün siz özünüzlə belə sonsuz mübahisələr aparmağa meyllisiniz. Hər xırda şeyi ürəyinizə salırsınız. Amma müvəffəqiyyət qazanmaq üçün,emosiyaları kontrol altında saxlamaq lazımdır.
Axşam xoş olacaq. Yaxın insanlar xoş sürprizlərlə sevindirəcəklər. Kiçik gəzinti və ya sadəcə sakit istirahət sizə özünüzü daha yaxşı hiss etməyə kömək edəcəklər.
Ens.az

loading...
Müəllif: narmin  7-02-2018, 23:52   Baxılıb: 300   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.