Qeydiyyat    Giriş
Sayta giriş
» » » 7 yanvar üçün astroloji proqnoz
Digər / Bürclər

7 yanvar üçün astroloji proqnoz



7 yanvar üçün astroloji proqnoz


Qoç
Siz optimizmlə gələcəyə baxırsınız və düzgün edirsiniz. Sizin qarşınızda yeni perspektivlər açılır. Sizin bu günkü ən böyük probleminizsə seçim olacaq.
Müdrik insanların məsləhətlərinə qulaq asın. İntuisiyanızı da diqqətsiz qoymayın. Həyatınızda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq ideya və planların olacağı istisna edilməmişdir . Köhnə səhvləri düzəltmək, münasibətləri qaydaya salmaq şansınız olacaq.
Buğa
Sizin bu gün öhdənizə götürdüyünüz işlər daha çox vaxtınızı alacaqlar. Ehtimal ki, siz onları sonuna kimi çatdırmadan darıxacaqsınız və bu səbəbdən çox işlər natamam qalacaq.
Siz çox emosionalsınız. Bu gün ən adi hadisələrə belə böyük əhəmiyyət verirsiniz. Siz əhatə edənlərlə öz hislərinizi bölüşməyə çalışırsınız, amma onlar sizi anlamır. Xüsusilə yaşlı qohumlarla yola getmək çətin olacaq. Bu gün onlar sizə qarşı çox kritik köklənmişlər.
Əkizlər
Praktik olaraq hər şey sizdə yaxşı alınır. Mükəmməl olmaq cəhdiniz o qədər güclüdür ki, əhatənizdəki insanalra belə sirayət edir . Gün yaradıcılıq fikirlərinin reallaşdırması üçün əla yarayır. Siz özünüzü diplomat kimi göstərəcəksiniz.
Şəxsi problemlərin öhdəsindən gəlmək isə çətin olacaq. Siz dünyaya baxdığınız çəhrayı eynəkdən ayrılmaq istəmirsiniz.Onlar sizə mane olurlar.
Xərçəng
Əhəmiyyətli xərclər mümkündür. Siz pulu böyük məmnuniyyətlə xərcləyirsiniz. Almalardan və əyləncələrdən çox xoş emosiyaları alırsınız və bu da maliyyə məsələlərində sağlam düşüncənizə mane olurlar.
Ən sadə işlər belə sizə yorucu görünürlər. Siz istirahət etmək və əylənmək istəyirsiniz. Məhz bununla məşğul olmaq olar. Lakin bütün vədləri yerinə yetirdikdən sonra bunu etmək lazımdır. Anlaşılmazlıqlar istisna edilməmişdir.
Şir
Əlverişli və uğurlu gündür. Problemlər və həyəcanlar gözünüzün önündə əriyir, siz özünüzü əmin hiss edirsiniz. Optimizmlə gələcəyə baxın. Çoxları sizinlə iş birliyi etmək istəyir . Siz marağa və simpatiyaya səbəb olursunuz. Yeni tanışların qəlbini asanlıqla fəth edə bilərsiniz. Bu günü yaxın insanlarla keçirməyiniz arzu olunandır.
Evin quruluşu və bəzəyi üçün əlverişli gündür. İnteryerdə dəyişikliklər etmək olar.
Qız
Ünsiyyət üçün əlverişli gündür. Yaxın insanlarla və yaxşı tanışlarla birgə müxtəlif məsələləri müzakirə etmək olar. Həyat potensialınız bir qədər azalmışdır, buna görə fiziki yüklənmələrlə bağlı istənilən fəaliyyətdən çəkinmək arzu olunandır. Sakit istirahət , intellektual oyunlar, ağıllı həmsöhbətlərlə görüşlər tövsiyə edilir.
Səfərlərə yola düşmək olar, yeni təəssüratlar xoş olacaq. Ancaq uzun və yorucu köçmələr arzu edilməyəndir.
Tərəzi
Narahat gündür. Əhatənizdəki insanalarla siz asan ümumi dil tapa bilərsiniz, amma özünüzlə uzlaşa bilmirsiniz. Buna görə həyatdan həzz almaq alınmır. Siz hər şeyi tutqun işıqda görməyə meyllisiniz. Yaxşılıqlara inanmırsınız. Komplimentləri belə istehza kimi qəbul edirsiniz. Bu halda belə siz istənilən xahişləri həvəslə icra edirsiniz, yaxınlarınıza kömək edirsiniz .
Nəticə çıxarmağa və qərar verməyə tələsməyin.Sizə vəziyyəti anlamaq üçün zaman lazımdır. Ətrafınızdakıların məsləhətləri təəssüf ki, sizin üçün faydasızdır.
Əqrəb
Görüşlərlə və boş danışıqlarla dolu gündür. Ünsiyyət xoş, həm də qıcıqlandırıcı ola bilər. Harada və kimlə olursunuz olun məhz siz hər işi öhdənizə götürməyə məçbur olursunuz ki, fikir ayrılıqları və mübahisələr yaranmasın.
Zərgərlik məmulatları, şəkillər, antikvar əşyalar almaq olar .Xərclənmiş puldan peşman olmayacaqsınız.
Oxatan
Siz mühüm məsələlər həll etməsəniz də , vaxtınızı xoş keçirəcəksiniz. Hədər həyəcanlardan qaçmağı bacaracaqsınız. Qadınlarla münasibətlər əla formalaşır.Onlardan siz yalnız mənəvi dəstək almırsınız, həm də faydalı məlumatlara yiyələnirsiniz. Sizi həyəcanlandıran mövzuları müzakirə etmək yaxşıdır. Siz bütün suallara cavab almasanız da, yaranmış vəziyyətə başqa cür baxacaqsınız.
Yad problemlər və qayğılar sizi şəxsi məsələlərinizdən yayındırır.
Oğlaq
Çox məhsuldar gün sizi gözləyir. Yorğunluqlardan qorxmayın. Siz fəalsınız və enerjilisiniz, hətta ən ciddi yüklənmələr sizə qorxunc deyil. Hədəflərin düzgün qoyulmasıyla bağlı problemlər yaranmır. Siz nəyə cəhd etdiyinizi bilirsiniz.
Dünyəvi tədbirlərin təşkili , müxtəlif əyləncələr, şən oyunlar üçün uyğun gündür. Siz əhatənizdə olan insanlarda xoş təəssürat yaradırsınız.
Dolça
Fikirləşməyi və hansısa bir mürəkkəb məsələləri həll etməyi bacaracaqsınız. Siz bütün əhəmiyyətli amilləri nəzərə ala biləcəksiniz, heç nə gözdən qaçırtmayacaqsınız. Bəzən siz ətrafdakılara öz ağlınızı və güçünüzü sübut etmək üçün yüngül yollardan imtina edirsiniz.
Bu gündə əhəmiyyətli və mürəkkəb məsələləri müzakirə etmək olar. Əhatənizdəki insanalar sizi dərhal anlamayacaqlar və sizin nöqteyi-nəzərinizi bölmyəcəklər. Ətrafdakıları öz haqlılığınıza inandırmaq üçün əlavə izahatlar lazım ola bilər. Ona görə səbirli olun.
Balıqlar
Həyəcanlarla dolu kifayət qədər gərgin gündür. Sizin əhval-ruhiyyəniz tez-tez dəyişir. Ünsiyyət üçün əlverişli gün deyil, çünki siz boş şeylərə görə qıcıqlanırsınız, təhqiredici zarafatlar edirsiniz.
Sazişlər bağlamaq və sənədlər imzalamaq arzu edilməyəndir. Kommersiya fəaliyyəti ehtimal ki gəliri almağa icazə verməyəcək. İtkilər ehtimal ediləndir. Dünyəvi tədbirlərə baş çəkmək arzu edilməyəndir, onlar sizi yoracaqlar.

ens.az

loading...
Müəllif: narmin  6-01-2018, 20:36   Baxılıb: 359   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.