Qeydiyyat    Giriş
Sayta giriş
» » » 2 yanvar üçün astroloji proqnoz
Digər / Bürclər

2 yanvar üçün astroloji proqnoz



2 yanvar üçün astroloji proqnoz


Qoç

Siz nə istəyirdiniz, nə arzu edərdinizsə , bu gün onlara nail olmaq mümkündür. Hansısa bir köhnə problemləri həll etməyə, əhəmiyyətli suallara cavab almağa müvəffəq olursunuz. Maraqlı və əyləncəli nəyləsə məşğul olmaq şansınız var. Sizdə çox yaxşı ideyalar yaranır, onları əhatə edənlərlə bölüşməyə qorxmayın.

Sazişlər və almalar üçün əlverişli gündür. Pulla bağlı məsələlərdə intuisiyanıza güvənin. Hansısa bir ailə layihələrini başlamaq olar.

Buğa

Siz diqqətli və ehtiyatlı olsanız gün müvəffəqiyyətli olacaq. Hər şey göründüyü kimi sadə və birmənalı deyil. Ona görə qərar verməkdə tələsməmək yaxşıdır. Bu günün bəzi hadisələri sizin üçün tam gözlənilməzlik ola bilər. Onlara düzgün reaksiya verməyi bacarmayacaqsınız , amma səhvinizi tez düzəldəcəksiniz.

Hesablamalarda diqqətli olun. Gün qeyri-formal ünsiyyət, dostluq və romantik görüşlər üçün əlverişlidir. Kiçik almalar etmək olar.

Əkizlər

Əhəmiyyətli məsələlərin həlli barədə düşünmək üçün uyğun gündür. Bəzi Əkizlər xəyalən keçmiş hadisələrə qayıdacaqlar, öz hərəkətlərini təhlil edəcəklər, səhvlərini anlayacaqlar. Obyektiv olmağa çalışın, özünüzü və başqalarını haqlı olduğunuza inandırmağa çalışmayın .

İşlə və ya bizneslə məşğul olmaq arzu edilməyəndir . Özünüzə istirahət etməyə icazə verin. Kimləsə öz sirlərinizi bölüşmək, həmçinin yoxlanılmamış informasiyayla bölüşmək lazım deyil.

Xərçəng

Gün çox gözlənilməzliklər gətirəcək. Bəzi Xərçənglər əhəmiyyətli xəbərlər alacaqlar. Bundan sonra planları dəyişdirmək, işləri təxirə salmaq və başqalarına fokuslanmaq lazım olacaq. İşə və ya təhsilə aid olan yeni ideyalar çıxacaq. Onları birdən həyata təcəssüm etməyə müvəffəq olmayacaqsınız, amma sizin hər şeyi yaxşı fikirləşmək üçün vaxtınız olacaq.

Şəxsi xarakterli məsələlər ikinci plana keçir. Bəzi Xərçənglər hansısa bir ailə işlərini və ya vədləri unuda bilərlər. Qiymətli şeylərin itməsi təhlükəsi var, maliyyə anlaşılmazlıqları istisna edilməmişdir.

Şir

Yaxşı gündür. Hər şey siz istədiyiniz kimi getməsə də bu sizi məyus etmir. Yolunuzda maneələr yarana bilərlər, amma siz onların öhdəsindən gəlmək üsulunu tez tapacaqsınız. Dostlar tez-tez sizə kömək edirlər. Onlardan bu haqda xahiş etmək belə lazım olmur. Köhnə tanışlar əla məsləhətlər verirlər. Onlara qulaq asmağa dəyir.

Əhəmiyyətli qərarlar qəbul etmək arzu edilməyəndir. Günün ikinci yarısında ən yaxın insanlara xüsusilə diqqətli olun: indi bu onlar üçün çox əhəmiyyətlidir.

Qız

Siz çox yaxşı və faydalı işlər edəcəksiniz. Ətrafınızda hökm sürən təlaşa baxmayaraq siz əsas işə fokuslanmağı və sonuna kimi onu çatdırmağı bacaracaqsınız. Müttəfiqlərlə və tərəfdarlarla görüşmək, gələcəyə aid planları müzakirə etmək, birgə hərəkətlər barədə razılaşmaq olar. Səfərlər yaxşı formalaşır.

Əhəmiyyətli qərarları qəbul etmək olar. Bu gündə heç kim sizinlə manipulyasiya edə, öz maraqlarında sizdən istifadə edə bilməyəcək.

Tərəzi

Siz məqsədyönlük və inad göstərəcəksinizsə çox işlərdə böyük müvəffəqiyyətlərə nail ola biləcəksiniz. Öz planlarınızdan imtina etməyin.Planlarınızı reallaşdırmağa dərhal müvəffəq olmayacaqsınız. Səbirli olun. Heç kimlə dalaşmamağa çalışın. Bu xüsusilə gün ortasında çətin ola bilər,çünki fikir ayrılıqları yaranacaqlar . Əgər siz güzəştə getsəniz, buna təəssüf etməyəcəksiniz.

Ötəri hislərin tələsinə düşmək asandır.Başınızı itirməyin.

Əqrəb

Maraqlı gün sizi gözləyir. Çox hadisələr olacaq. Darıxmağa vaxtınız olmayacaq. Hansısa bir əyləncə tədbirlərinə baş çəkmək, əylənmək imkanınız olacaq. Təşəbbüs göstərməyə qorxmayın, dostlarla öz ideyalarınızı bölüşün, öz nailiyyətlərinız və qələbələriniz haqqında tanışlara danışın.

Günün başlanğıcı istənilən münasibətlər üçün əlverişlidir.Onlar siz istədiyiniz kimi formalaşmasalar da , parlaq və pozitiv emosiyalar gətirəcəklər. Unutmayın ki, bu gün yaranan problemləri və məsələləri tək həll etmək lazım deyil. Sizə kömək edəcək insanları tapmaq olar.

Oxatan

Tələsməyin və risk etməyin. Əgər siz ehtiyatlı və detallara diqqətli olacaqsınızsa, onda anlaşılmazlıqlardan və xoşagəlməz anlardan qaçmağı bacaracaqsınız. Fikir ayrılıqları ehtimal ediləndir, siz öz haqlılığınıza opponentləri inandıra biləcəksiniz. Almalar üçün əlverişli gündür.

Gün romantik görüşlər üçün yarayır. Yeni tanışlıqlar mümkündür, amma ehtimal ki onlar ciddi münasibətlərin başlanğıcına gətirib çıxarmayacaqlar. Təmirlə məşğul olmaq, evi təchiz etmək, mebeli və interyer əşyalarını almaq olar.

Oğlaq

Ünsiyyət üçün əla gündür. Siz hətta əvvəl yola getmədiyiniz insanlarla razılaşacaqsınız. Sizin həmsöhbətlərinizin və opponentlərinizin öz planları olmasına baxmayaraq sonda siz onları öz tərəfinizə cəlb edə biləcəksiniz. Hansısa bir vacib iş üçün dostlarla səyləri birləşdirmək olar. Hədiyyələr , xoş sürprizlər istisna edilməmişdir.

Gözlənilməz, amma çox xoş romantik təkliflər , eşq tanınmaları mümkündür. Maliyyə nöqteyi-nəzərindən uğurlu gündür. .

Dolça

Hər şey asanlıqla verilmir, amma siz istədiyinizi almaq üçün çalışmağa hazırsınız. Çox maraqlı işlər meydana çıxır. Siz onlarla tək məşğul olmayacaqsınız: dostlariniz kömək edəcəklər və faydalı məlumatı sizinlə bölüşəcəklər.Siz pul qazanmağın yeni üsulunu tapacaqsınız . Düzdür, fikirlərinizi dərhal həyata keçirməyə nail olmayacqsnız. Lakin bu o demək deyil ki , ideyanız pisdir və onu bir kənara qoymaq lazımdır.

Vaxtında vacib məlumat alacaqsınız və siz düzgün qərarlar qəbul edəcəksiniz. Yaxın insanlar sizin müvəffəqiyyətlərinizə sevinirlər. Əyləncə gecəsini təşkil etmək, qonaqlar qəbul etmək olar. Siz əla vaxt keçirəcəksiniz.

Balıqlar

Mürəkkəb və çətin nəyləsə məşğul olmaq istəmirsiniz. Siz sadəcə rahatlamaq və xoş vaxt keçirmək istəyirsiniz. Bunun üçün günün birinci yarısı uyğundur. Güclərinizi bərpa edib, siz özünüzü daha gümrah və daha enerjili hiss edəcəksiniz.

Uğurlu almalar ehtimal ediləndir. Bəzəklər əldə etmək olar. Aldığınız aksessuarlar sizi uzun müddət sevindirəcək.Qiymətli hədiyyələrin olacağı istisna edilməmişdir.



ens.az


loading...
Müəllif: narmin  1-01-2018, 22:55   Baxılıb: 285   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.