Qeydiyyat    Giriş
Sayta giriş
» » » 27 noyabr üçün astroloji proqnoz
Çàãðóçêà...
Digər / Bürclər

27 noyabr üçün astroloji proqnoz



27 noyabr üçün astroloji proqnoz


Qoç
Günün başlanğıcı kifayət qədər gərgin olacaq. Əhəmiyyətli görüşləri , məsuliyyətli danışıqları planlaşdıran Qoçlar üçün xüsusilə çətin olacaq. İnsanlarla ümumi dil tapmaq, xoş təəssürat yaratmaq çox çətindir. Sizin arqumentləriniz nə qədər inandırıcı olsa da ətrafınızdakı insanalar nadir hallarda qulaq asacaqlar.
Günün ikinci yarısı daha sakit keçir. Hansısa bir maraqlı işlə məşğul olmaq, insanlarla danışmaq imkanınız olacaq. Yaradıcı yanaşma və qeyri-standart baxış tələb olunan işlərdə müvəffəqiyyətlər mümkündür.
Buğa
Siz demək olar ki səy qoymadan əhəmiyyətli hədəflərə çatırsınız. Köhnə tanışlar kömək edirlər. Bir zaman əhəmiyyətli xidmətlər göstərdiyiniz insanlar sizi ən məsuliyyətli anda dəstəkləyəcəklər . Gün kommersiya , maliyyə suallarının həlli üçün yarayır. İşgüzar hissiniz sizi yanıltmayacaq.
Dostluq və romantik görüşlər xoş olacaq. Siz yaxın insanlarla yaxşı vaxt keçirəcəksiniz, onları sevindirmək imkanı tapacaqsınız. Səfərlərə yola düşmək olar, onlar uğurlu olacaqlar.
Əkizlər
Gün maraqlı və vacib hadisələr gətirməyəcək, amma kifayət qədər xoş olacaq. Faydalı şeylər öyrənmək şansınız olacaq. Köhnə tanışlar barədə xəbərlər istisna edilməmişdir.
Günün ikinci yarısı işgüzar nöqteyi-nəzərdən əlverişlidir. Sonradan sizin partnyorunuz və müttəfiqiniz olacaq insanlarla tanış olmaq imkanınız olacaq. Karyera yüksəlişi istisna edilməmişdir.
Xərçəng
Vacib işləri səhər planlaşdırın: bu əlverişli və məhsuldar vaxtdır. Son zamanlar sizi narahat etmiş hansısa bir ciddi məsələləri həll etmək imkanınız olacaq . Əhəmiyyətli xəbərlər , həmçinin qeyri-adi təkliflər istisna edilməmişdir.
Günün ikinci yarısı istirahət üçün yarayır. Bu zaman əlaqələri məhdudlaşdırmaq, insanlarla ünsiyyətlərdən uzaq olmaq daha yaxşıdır.Onlar sizin özgüvəninizi sarsıda bilərlər.
Şir
Ünsiyyət , qeyri-formal vəziyyətdə görüşlər üçün əlverişli gündür. Sizə insanlara yanaşmanın yolunu tapmaq asandır.Siz onların istəklərini asanlıqla anlayırsız. Cəmiyyət tədbirlərində iştirak etmək şansınız olacaq. Bu çox vaxtınızı alsa da siz maraqlı insanlarla qarşılayacaqsınız, özünüzü köhnə tanışlara xatırladacaqsınız.
Pul daxil olmaları mümkündür. Bağlanmış sazişlər gözə çarpan gəlir gətirəcək. Gün almalar üçün yarayır. Onlar uzun müddət siz sevindirəcəklər.
Qız
Əhəmiyyətli məsələləri günün birinci yarısında həll etmək lazımdır. İntuisiyanız çox kəskindir. Siz nə etmək lazım olduğunu asanlıqla anlayırsınız. Sizə yalnız qadın hiyləgərliyi mane ola bilər. Buna görə qadınlardan ehtiyatlı olun.
Günün ikinci yarısı istirahət və güclərin bərpası üçün yaxşı yarayır. Siz yarımsözdən yaxınlarınızı anlayırsınız, münaqişələr və fikir ayrılıqları keçmişdə qalır.
Tərəzi
Uğurlu məhsuldar gündür. Çox yaxşı ideyalar meydana çıxır. Onları tərəfdarlarla müzakirə etmək, birgə işlər haqqında razılaşmaq olar. İşdə təşəbbüs göstərmək, peşəkar məsələlərin həllinində şəxsi metodlarınızı təklif etmək faydalıdır. Nüfuzlu insanların hörmətini qazanmaq şansınız olacaq.
Maliyyə və ya mülk məsələləri ilə bağlı yaxşı xəbərlər ehtimal ediləndir. Faydalı tanışlıqlar mümkündür. Günün ikinci yarısı köhnə əlaqələri bərpa etmək üçün uyğundur.
Əqrəb
Günün başlanğıcı xoş olacaq. Çoxdan sizi narahat edən məsələləri həll etmək şansınız olacaq.Faydalı informasiya ala bilərsiniz. Bu gün uğur sizinlədir. İşlərdə təşəbbüs göstərməsəniz də hər şey yolunda gedəcək. Əgər siz enerjinin qabarmasını hiss edirsinizsə yeni işlərə başlaya bilərsiniz. Ulduzlar sizi dəstəkləyəcəklər .
Günün ikinci yarısı ünsiyyət üçün yarayır. İnsanlarla ümumi dil tapmaq asandır. Davada olduğunuz insanalarla barışmaq şansınız olacaq. Gözlənilməz pul daxil olmaları istisna edilməmişdir.
Oxatan
Günün başlanğıcında stress vəziyyətləri və gərgin anlar istisna edilməmişdir. İnsanlarla çətin yola gedəcəksiniz.. Çoxdankı müttəfiqlərdə sizə qarşı iddialar yarana bilərlər. Amma ciddi münaqişələr yaranmayacaq və vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək.
Günün ikinci yarısı maraqlı və dolu olacaq. Siz güclərin qabarmasını hiss edəcəksiniz. Ciddi məsələlərin öhdəsindən gəlmək şansınız olacaq.
Oğlaq
Səhər maraqlı və məhsuldar olacaq. Əhəmiyyətli işləri bu vaxta planlaşdırmaq olar. Həyatın bütün sferalarında yaxşıya doğru dəyişikliklərə nail olmaq şansınız olacaq. Təcrübəniz necə hərəkət etmək lazım olduğunu göstərir və siz doğru qərarlar qəbul edirsiniz.
Günün ikinci yarısında yeni işlər və qayğılar çıxacaq, fokuslanmaq çətin olacaq. Yad problemləri həll etmək lazım olacaq, bu çox güc alacaq. Ailədə fikir ayrılıqları mümkündür.
Dolça
Müttəfiqlərin və tərəfdarların axtarışı , əməkdaşlığın başlanğıcları üçün əlverişli gündür. Nüfuzlu insanların dəstəyini alacaqsınız, onlar bir çox şeydə sizə kömək edəcəklər. Pul daxil olmaları istisna edilməmişdir. Alınmış məbləğin ləyaqətlə tətbiqini tapmağı bacaracaqsınız.
Sizə aid olmayan əhəmiyyətli məsələləri həll etmək imkanı çıxacaq. Axşam ailə bayramları ,dostluq görüşləri üçün yarayır .
Balıqlar
Əsəbiləşməyin və təsir altında əhəmiyyətli qərarlar qəbul etməyin. İndi səbirli olmaq əhəmiyyətlidir. İşgüzar səfərlərə yola düşmək olar. Nəticə sizi məyus etməyəcək.
İşlərdə nizam yaratmaq, hansısa bir sualları həll etmək imkanı olacaq. Sizdə öz güclərinizə əminlik yaranır. Yeni bir işə başlamaq şansınız olacaq. Günün ikinci yarısında romantik sürprizlər istisna edilməmişdir.


ens.az

loading...
Müəllif: narmin  26-11-2017, 22:26   Baxılıb: 712   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
Şərhlər (1)
Offline narmin 26 noyabr 2017 22:29 şərh xəbər
Sabahın bürcləri>>> 27 noyabr üçün astroloji proqnoz
Artıq bürcləri izləmək üçün səhəri və ya gecə 00.00 gözləmək lazım deyil.
Bizi izləyin 20.00 etibarən bürclər yayımlanacaq...
Oxatan
Günün başlanğıcında stress vəziyyətləri və gərgin anlar istisna edilməmişdir. İnsanlarla çətin yola gedəcəksiniz.. Çoxdankı müttəfiqlərdə sizə qarşı iddialar yarana bilərlər. Amma ciddi münaqişələr yaranmayacaq və vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək.
Günün ikinci yarısı maraqlı və dolu olacaq. Siz güclərin qabarmasını hiss edəcəksiniz. Ciddi məsələlərin öhdəsindən gəlmək şansınız olacaq.
Oğlaq... Digər bürcləri oxumaq üçün şəkli tıklayın..
0
          1
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...