Qeydiyyat    Giriş
Sayta giriş
» » » Qızları başdan çıxaran oğlanlar - Bu bürcdən olan insanlara qətiyyən inanmayın
Digər / Bürclər

Qızları başdan çıxaran oğlanlar - Bu bürcdən olan insanlara qətiyyən inanmayın



Qızları başdan çıxaran oğlanlar - Bu bürcdən olan insanlara qətiyyən inanmayın


ƏKİZLƏR – Bu bürc altında doğulan oğlanlarsizdə əsl başgicəllənməsi yaradacaq. Sonra isə ürəyinizi qırmağa fürsət gəzəcək. Əkizlər-bütün güzgülərin yanından keçərkən özlərinə mütləq baxmağı sevirlər. Onların özünəvurğunluğu o həddədir ki, şəkillərdə belə xudpəsəndlikləri hiss olunur. Əminliklə demək olar ki, Əkizlərin özləri qədər onların qayğısını heç kim çəkə bilməz. Bu bürc altında doğulan kişilər oyunçulardır. Onlar ancaq özlərini yaxşı hiss etmək üçün qadınlardan istifadə edirlər. Xanımların hisslərini və özlərini təhqir etməkdə Əkizlərdən daha peşəkar heç kim ola bilməz. Bununla belə, sevgi məsələlərində bu kobudluqlarına görə əksər hallarda uğursuzluq yaşayırlar.



ŞİR – Şirlər konkret olaraq, arvadbazlardır. Hər zaman digərlərindən fərqli olduqlarını sübut etmək üçün kompliment və özünütəsdiq axtarırlar. Heç vaxt bir insanın fikri ilə razılaşmadığı üçün qadınları əlcək kimi dəyişirlər. Sizin nə düşündüyünüz onun maraq dairəsində deyil. İstətyi ancaq tərif və diqqətdir. Siz nə baş verdiyini anlamamış, o artıq qapıdan çıxmış olacaq.



ƏQRƏB – Bu bürcdən olan oğlanlar üçün əsas zahiri görünüşdür. Əgər xanım kimi onu ehtirasa gətirmirsinizsə, deməli heç vaxt maraqlandırmayacaqsınız. Ağılsız dərəcədə intim münasibətləri sevən, layiq olduğu diqqəti almağa çalışan Əqrəb bu komplekslərdən yaxa qurtarmaq üçün bir ömür özü ilə mübarizə aparır. Bu oğlanlar özündən çox arxayındır. Onlar xudpəsənd və əclaf olduqlarını bilsələr belə, dünya veclərinə deyil.



OXATAN – Azadlığına, sərbəstliyinə düşkün olan Oxatanlar ilk görüşdən qadına təsadüfi intim münasibətlərin tərəfdarı olduqlarını anlatmağa çalışırlar. Qadınlarla rəftarı heç vaxt yaxşı getməyən bu bürcdən olan oğlanlar barda və ya klubda qıza yaxınlaşan zaman nə qədər axmaq göründüklərinin fərqində belə deyillər. Soyuqqanlı və laqeyd görünməyə çalışan Oxatanlar xanımların onlar barədə fikirlərinə sanki məhəl qoymurlar. Amma əslində tam fərqli olan bu zodiak hadisələrin tam mərkəzində baş verənləri öyrənmək üçün həyatından belə keçməyə hazırdır.

ATV.az

loading...
Müəllif: Nermine Mahmudova  5-01-2018, 18:58   Baxılıb: 457   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.