Qeydiyyat    Giriş
Sayta giriş
» » » 25 noyabr üçün astroloji proqnoz
Digər / Bürclər

25 noyabr üçün astroloji proqnoz



25 noyabr üçün astroloji proqnoz


Qoç
Günün başlanğıcı kifayət qədər gərgin olacaq. Problemlər yarana bilər. İnsanlarla fikir ayrılıqları istisna edilməmişdir. Sizin hərəkətləriniz əhatənizdə olan insanalrda təəccübə səbəb olur . Onlar sizi tənqid edirlər.
Ancaq zamanla vəziyyət yaxşıya doğru dəyişir, siz özünüzü çox daha arxayın və daha sakit hiss edirsiniz. Xoş görüşlər , tanışlıqlar mümkündür. Əgər siz istəsəniz onlar romantik davamını alacaqlar.
Buğa
Günün birinci yarısında sakitliyi saxlamaq çətindir. Siz çox əsəbiləşirsiniz və həyəcanlanırsınız . Bu işdə fokuslanmağa və düzgün qərarlar qəbul etməyə mane olur. Uğursuz almalar, maliyyə itkilər mümkündür.
Günün ikinci yarısı daha uğurlu olacaq. O sizi maraqlı insanlarla görüşlərlə sevindirəcək. Pul daxil olmaları və uğurlu almalar mümkündür. Bəzi Buğalar biznesə əlverişli yatırım qoyacaqlar.
Əkizlər
Gün əhəmiyyətli hadisələrlə yadda qalmayacaq. Başladığınız işləri sona çatdırmaq , suallara cavab tapmaq imkanınız olacaq . Yeni ideyalar və cəsarətli planlar meydana çıxır. Hələ ki vəziyyət onları reallaşdırmağa icazə verməsə də , fikirləşib düzgün qərar qəbul etmək şansınız olacaq.
Evdə və işdə problemlər olacaq, amma yaxınlarınız sizə həvəslə kömək edəcəklər. Gözlənilməz səfərlər ,köhnə dostlarla planlaşdırılmamış görüşlər istisna edilməmişdir .
Xərçəng
Ünsiyyət , işgüzar və şəxsi əlaqələr üçün əlverişli gündür. Siz hər kəslə ümumi dil tapa bilərsiniz, həm də bunun üçün səy göstərmək lazım olmur: özünüzü təbii və sərbəst aparmaq kifayətdir . Xoş və cəlbedici gözlənilməz təkliflər mümkündür. Hədiyyələr istisna edilməmişdir.
Bu gün təhsil üçün yaxşı yarayır. Siz tez qavrayırsınız və yaxşını pisdən ayırırsınız. Asanlıqla vacib məsələlərə fokuslanırsınız. Həyat potensialınız yüksəkdir, yorulmursunuz.
Şir
Kifayət qədər çətin, amma yenə də yaxşı gündür. Çox şey sizdən asılıdır. Əgər siz provokasiyaya təslim olmasanız, tələsik qərarlar qəbul etməsəniz ciddi problemlər yaranmayacaq. Köhnə dostlarınız tez-tez kömək edirlər; onlar faydalı məsləhətlər verirlər.
Taqətdən düşməməyə çalışın; vacib olmayan işləri təxirə salın. Tək uzun səfərlərə yola düşmək arzu edilməyəndir, xüsusilə günün ikinci yarısında: bu zaman siz tez yorulursunuz.
Qız
Əgər siz şəxsi güclərinizə bel bağlasanız, başqalarından kömək gözləməsəniz gün müvəffəqiyyətlə formalaşacaq. Hətta sizi heç vaxt dəstəkləməyən insanalrdan kömək alacaqsınız.
Pulla ehtiyatlı olun , əhəmiyyətli məbləğ itirmək riskiniz var. Böyük almalar üçün əlverişli gün deyil.
Qadınlarla ümumi dil tapmaq çətindir. Kişilər sizi yarımsözdən anlayırlar. Axşam xoş sürprizlər ehtimal ediləndir.
Tərəzi
Əhəmiyyətli hadisələr və dəyişikliklər gözləmək lazım deyil, amma bütovlükdə gün pis keçməyəcək. Siz cari işlərin öhdəsindən tez gəlirsiniz, qeyri-adi və maraqlı nəyləsə məşğul olmaq üçün kifayət qədər vaxtınız qalır . Tərəfdarlar tapmaq, ümumi planları müzakirə etmək, həmçinin potensial partnyorlarla əməkdaşlıqda razılaşmaq olar.
Əgər istirahət etmək, maraqlı yerdə olmaq, vəziyyəti dəyişmək imkanı olacaqsa – onu qaçırtmayacaqsınız. Yeni təəssüratlar xoş olacaq, əhval-ruhiyyəniz uzun müddət yaxşılaşacaq.
Əqrəb
Günün birinci yarısında təəssüflü anlaşılmazlıqlar , xırda xoşagəlməz hadisələr mümkündür. Amma onlar sizin əhval-ruhiyyənizi korlamayacaq: siz olanları adi qəbul edirsiniz və vəziyyəti dəyişə biləcəyinizə şübhə etmirsiniz. Sizi tənqid edən və sevməyən insanlarla görüşlər istisna edilməmişdir. Hətta belə adamlar sizi tarazlıqdan çıxara bilməyəcəklər.
Günün ikinci yarısı daha xoş olacaq. O ən yaxın insanlarla ünsiyyət , ailə bayramları və dostluq görüşləri üçün əla yarayır. Səfərlər mümkündür.
Oxatan
Hər şey günün başlanğıcında göründüyü kimi elə də çətin və dolaşıq deyi. Çətin vəziyyətlər formalaşa bilərlər, amma onlar tezliklə həll olacaqlar və yaranan məsələlər aktuallığını tezliklə itirəcəklər. Ona görə sizdə həyəcanlanmaq üçün ciddi səbəb yoxdur.
Günün ortası xoş görüşlərlə sizi sevindirəcək. Ev üçün hansısa bir faydalı şeylər almaq imkanınız olacaq və ondan ailənin bütün üzvləri seve-sevə istifadə edəcəklər.
Oğlaq
Siz hər şeyi ürəyinizə salırsınız və tez əsəbiləşirsiniz. Əhatənizdəki insanalarla fikir ayrılıqları istisna edilməmişdir.Səbirsizsiniz. Ailə davalarının ehtimalı yüksəkdir və sonra münasibətləri bərpa etmək üçün çox çalışmaq lazım olacaq.
Axşama doğru siz sakitləşəcəksiniz. Hansısa yeni bir işlə məşğul olmaq imkanınız olacaq, həm də çox maraqlı insanlar bu işdə sizin müəlliminiz olacaqlar. Sizin üçün əhəmiyyətli olan pozulmuş münasibətləri bərpa etmək şansınız olacaq.
Dolça
Əgər siz sağlam düşüncəni saxlayacaqsınızsa günün birinci yarısı müvəffəqiyyətlə keçəcək. Nəfsinizə qarşı durmaq çətin olacaq. Siz onlara təslim olsanız çox şey itirəcəksiniz. Tədricən vəziyyət yaxşıya doğru dəyişir.Sevinc və qürur hissi sizi xoşbəxt edir.
Günün ikinci yarısında yalniz özünüz üçün deyil həm də ətrafdakılar üçün faydalı işlər etmək şansınız olacaq. Gözlənilməz, amma çox maraqlı təkliflər mümkündür. Onları qaçırtmaq axmaqlıq olardı.
Balıqlar
Siz azarkeşliklə dolusunuz, yeni işləri həvəslə öhdənizə götürürsünüz və çətinliklərdən qorxmursunuz. Gün dolu və maraqlı olacaq. Qeyri-adi insanlarla görüşlər ehtimal ediləndir, hansıların ki, təcrübəsi sizə lazım olacaq. İşgüzar münasibətdə faydalı olacaq tanışlıqlar istisna edilməmişdir.
Ailə münasibətləri harmonik formalaşır, yaxın insanlarla siz əla yola gedirsiniz. Bu gələcəyə ümumi planları müzakirə etmək üçün uyğun gündür.

ens.az

loading...
Müəllif: Nermine Mahmudova  24-11-2017, 22:02   Baxılıb: 432   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.