Qeydiyyat    Giriş
Sayta giriş
» » » 17 noyabr üçün astroloji proqnoz
Digər / Bürclər

17 noyabr üçün astroloji proqnoz



17 noyabr üçün astroloji proqnoz


Qoç
Əlverişli gündür. Əhəmiyyətli məsələləri həll etmək şansınız olacaq.Əhatənizdəki insanalrın problemlərininin həllində də onlara kömək edəcəksiniz. Siz yeniliyə tez alışırsınız və faydalı təcrübələr əldə edirsiniz , bu da işdə gözə çarpan müvəffəqiyyətlərə nail olmağa icazə verir.
Xoş tanışlıqlar , maraqlı insanlarla görüşlər ehtimal ediləndir. Romantik münasibətlər istisna edilməmişdir. Yeni münasibətlərdə perspektivlər üçün əlverişli gündür . Siz sevdiyiniz insanla necə özünüzü aparmaq lazım olduğunu bilirsiniz və bundan istifadə edirsiniz.
Buğa
Siz daha çox düşünəcək və arzu edəcəksiniz. Çox maraqlı ideyalar meydana çıxacaq. İndi yaxşını pisdən ayırmağın əsl zamanıdır. Asanlıqla tərəfdarlar və müttəfiqlər tapacaqsınız.
Hətta hadisələr sürətlə inkişaf edirsə də, siz xırda şeylərə diqqət yetirirsiniz, heç nəyi gözdən qaçırtmamağa çalışırsınız. Bu səhvlərdən qaçmağa, hədəfə ən qısa yolu tapmağa kömək edir. Yaxınlara kömək etmək imkanınız olacaq və siz onu qaçırtmayacaqsınız.
Əkizlər
Qeyri-formal vəziyyətdə ünsiyyət üçün əlverişli gündür. İşgüzar danışıqları, şəxsi xarakterli əhəmiyyətli söhbətləri asan və sərbəst aparmağa müvəffəq olursunuz. Həmsöhbətləriniz sizin cazibənizə laqeyd qalmayacaqlar, qeyri-adi təkliflərinizlə həvəslə razılaşacaqlar.
Maliyyə işlərində nizamı yaratmaq, borclarla hesablaşmaq, gələcəyə aid planlar qurmaq imkanı olacaq. Pul daxil olmaları , həmçinin sürətli gəlir vəd edən işgüzar təkliflər istisna edilməmişdir.
Xərçəng
Günün başlanğıcı hisslərini kontrol altında tuta bilməyən Xərçənglərə çətin ola bilər. Kiçik maliyyə itkiləri, uğursuz almalar mümkündür. Böyük alqı-satqılardan bu zaman çəkinmək məsləhətdir.
Günün ikinci yarısı daha yaxşı keçəcək. Bu zaman uğurlu təsadüflər ehtimal ediləndir.Siz peşəkar müvəffəqiyyətlərə nail ola və ya yaxınlarınızla korlanmış münasibətləri düzəldə biləcəksiniz. Ailə üzvlərindən birinə aid olan yaxşı xəbər istisna edilməmişdir.
Şir
Əlverişli gündür. Siz nəyi öhdənizə götürsəniz əla nəticələrə nail olacaqsınız. Siz rəqabətdən qorxmursunuz, hətta güclü düşmənlə mübarizəyə asan daxil olursunuz və əhəmiyyətli qələbələr qazana bilərsiniz. Yeni işlər və məsələlər çıxa bilərlər. Siz onlara şad olacaqsınız: çünki özünüzü göstərmək şansınız olacaq.
Qeyri-adi insanlarla tanışlıqlar mümkündür. Romantik
münasibətlər istisna edilməmişdir. Günün ikinci yarısı səfərlər üçün uyğundur.
Qız
Günün başlanğıcında öz intuisiyanıza etibar edin: məhz onlar sizə səhvlərdən qaçmağa kömək edəcəklər. İşgüzar görüşlər , əməkdaşlıq üçün əlverişli vaxtdır. Yeni tanışlarda siz xoş təəssürat yaratmağı bacaracaqsınız.
Günün ikinci yarısı daha gərgin olacaq. Birincisi, bu zaman mürəkkəb və məsuliyyətli işlərlə məşğul olmaq, yad problemləri həll etmək və başqaları tərəfindən buraxılmış səhvləri düzəltmək lazım olacaq. İkincisi, sizə şəxsi arzularınızı anlamaq çətin olacaq.
Tərəzi
İşgüzar ünsiyyət , nüfuzlu insanlarla görüşlər üçün əlverişli gündür. Sizə xoş təəssürat yaratmaq üçün səy göstərmək lazım olacaq. Siz bu məsələnin öhdəsindən layiqincə gələcəksiniz. Böyük gəlir vəd edən təkliflər istisna edilməmişdir. Diqqətli olun və risk olmayan təklifləri seçin.
Xoş sürprizlər ehtimal ediləndir. Bir çox ailə problemləri sizin diqqətinizin və səyinizin sayəsində həll olacaq.
Əqrəb
Günün başlanğıcı uğurludur. Müşahidəçiliyinizin sayəsində siz gizli bədxahlarınızı ayırd edə , onların intriqalarını ifşa edə biləcəksiniz. İşgüzar münasibətlərdə yaxşıya doğru dəyişikliklər mümkündür. Siz insanların hörmətinə nail olmağı bacaracaqsınız. Bəzi Əqrəblər nüfuzlu himayəçi tapacaqlar.
Günün ikinci yarısı bir qədər mürəkkəb olacaq. Bu zaman ciddi xərclər ehtimal ediləndir. Yaxınlarınıza sizin köməyiniz lazım ola bilər. Bunun üçün siz şəxsi işlərinizi təxirə salmalı olacaqsınız.
Oxatan
Gün uğurlu olacaq. Sizi son zamanlar narahat etmiş çox suallara cavab ala biləcəksiniz. Maraqlı səfərlər , həmçinin qeyri adi insanlarla görüşlər mümkündür. Xidməti romanlar istisna edilməmişdir. Belə münasibətin perspektivlərindən istifadə etmək şansınız olacaq .
Uzunmüddətli planlar qurmaq olar. Siz hadisələrin necə inkişaf edəcəyini qabaqcadan görürsünüz və öz güclərinizi , imkanlarınızı düzgün qiymətləndirirsiniz. Gözlənilməz hədiyyələr almaq ehtimal ediləndir.
Oğlaq
Günün birinci yarısında soyuqqanlılığı saxlamaq və provokasiyaya təslim olmamaq əhəmiyyətlidir. Əgər siz sakitliyinizi itirəcəksinizsə, boş şeylərə görə acıqlanmağa başlayacaqsınızsa iş ciddi münaqişələrlə bitə bilər. Pulla daha ehtiyatlı olun. Tələsik verdiyiniz qərarlar gözə çarpan maliyyə itkilərinə gətirib çıxara bilər.
Günün ikinci yarısı daha uğurlu olacaq. Bu zaman xoş sürprizlər, təsadüflər ehtimal ediləndir. Onlar sizin qarşınızda yeni imkanlar açacaq. Bu dövr yeni tanışlıqlar üçün yarayır, maraqlı insanlarla görüşləri vəd verir.
Dolça
Gün əlverişli olacaq. Sizin realist olmanız əsas şərtdir. Sizə yaltaqlanan insanlara etibar etməyin. Onlar sizdən öz xeyirləri üçün istifadə etməyə çalışırlar. Maliyyə itkiləri istisna edilməmişdir.
Günün ikinci yarısı qeyri-formal vəziyyətdə ünsiyyət üçün yarayır. Siz hətta yola getmədiyiniz insanlara yanaşma yolunu tapmaği bacaracaqsınız. Yad zəifliklərinə güzəştə getməyiniz sizə məyusluqlardan qaçmağa icazə verir.
Balıqlar
Uğurlu gün sizi gözləyir. İntuisiyanız fövqəladə kəskindir. Onun köməyinin sayəsində siz hətta minimum informasiyaya malik olaraq doğru qərarları qəbul edirsiniz. İşlə bağlı problemlərin öhdəsindən gəlməyə köhnə tanışlar kömək edirlər. Planlaşdırılmamış səfərlər istisna edilməmişlər. Onlar maraqlı və uğurlu olacaqlar.
Günün ikinci yarısında az tanıdığıniz insanalarla ehtiyatlı olmaq lazımdır. Belə insanlar sizin sirlərinizi öyrənə və sonra öz maraqlarında bu informasiyadan istifadə edə bilərlər.

ens.az

Müəllif: Nermine Mahmudova  16-11-2017, 22:44   Baxılıb: 277   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.