Qeydiyyat    Giriş
Sayta giriş
» » » 11 noyabr üçün astroloji proqnoz
Digər / Bürclər

11 noyabr üçün astroloji proqnoz



11 noyabr üçün astroloji proqnoz


Qoç
Planlarınızı həyata kecirəndə yolunuzda maneələr meydana çıxacaq. İndi hər şey siz gözlədiyinizdən daha çətin ola bilər. Çoxdankı müttəfiqlər sizi pis vəziyyətdə qoyacaqlar. Yaxın insanlar sizə dəstəkdə rədd edəcəklər. Riskdən çəkinin. Pulla bağlı düşünülməmiş qərarlar qəbul etməyin. Maliyyələrlə və qiymətli əmlakla bağlı məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır.
Yaxınlarınızla ümumi dil tapmaq daha çətin ola bilər. Siz səbirsiz və hirslisiniz. Hətta ən adi qeydlərə belə kəskin reaksiya verirsiniz. Bəzən sizi bu çətin vəziyyətdən yumor hissi qurtarır.
Buğa
Çətinliklər olacaq. Gün xoşagəlməz hadisələrlə başlayacaq . Siz vaxtında tədbir görməsəniz vəziyyət daha da pisləşəcək. Hərəkət etmək ,qətiyyətli olmaq lazımdır. Əgər siz nə istədiyinizi anlayırsınızsa, onu həyata keçirmək üsulunu da tapacaqsınız.
Qeyri-formal vəziyyətdə ünsiyyət üçün yaxşı gündür. Sizin maraqlarınızı və həyata baxışlarınızı bölən insanlarla daha çox vaxt keçirməyə çalışın. Onlar sizin ən cəsarətli ideyalarınızı dəstəkləyə bilərlər.
Əkizlər
Səhər narahat və gərgin olacaq. Sizə çox işləri yoluna qoymaq lazımdır, amma bu elə də asan deyil. Əvvəl dəstək gördüyünüz insanalr, indi fitnə fəsadları ilə sizi pis vəziyyətdə qoya bilərlər. Diqqətli olun. Günün ortasına qədər naxoşluqlar mümkündür, yüklənmələrdən çəkinmək lazımdır.
Sonra çox maraqlı işlə məşğul olmaq imkanı meydana çıxacaq; bütün problemlər və həyəcanlar unudulacaq. Sürprizlər , xoş hadisələr istisna edilməmişdir. Bəzi Əkizləri romantik görüşlər gözləyir. Onlar uzun müddət yadda qalacaqlar.
Xərçəng
Bu gün siz özünüzdən çox əhatənizdə olan insanaların qayğısına qalacaqsınız. Bununla bərabər siz yeni informasiya alacaqsınız və tezliklə o sizə lazım olacaq. Siz hər işin öhdəsindən tez gəlirsiniz, müvəffəqiyyət qazanırsınız.
Qeyri-adi, maraqlı insanlarla tanış olmaq şansınız olacaq. Zamanla onlar sizin ən yaxşı dostunuz olacaqlar. Axşam teatra və ya konsertə getmək olar – siz bundan zövq alacaqsınız.
Şir
Səhər heç kimlə dalaşmamağa çalışın. Bunun üçün özünüzü məcbur etmək lazım olacaq. Əgər yenə münaqişə yaransa, yenidən münasibətləri qaydaya salmaq üçün sizə çox vaxt lazım olacaq. Səbirli olun. Günortadan sonra ünsiyyət üçün əlverişli dövr başlayacaq. Sizə insanlarla yola getmək asan olacaq.
Günün ikinci yarısı faydalı işlərə həsr ediləcək. Siz yalnız öz problemlərinizin həlli ilə deyil həm də çətin vəziyyətdə olan insanlara da kömək edəcəksiniz. Gözlənilməz pul daxil olmaları və ya köhnə borcların qayıdışı istisna edilməmişdir .
Qız
Səhər səhvlər etmək asandır. Siz ötəri arzuların icrasına görə çox şey fəda edirsiniz. Sizinlə ümumi dili tapmaq çətindir. Əgər münaqişə istəmirsinizsə təhqiredici zarafatlardan və ikimənalı qeydlərdən çəkinin.
Tədricən vəziyyət yaxşıya doğru dəyişir, günün ikinci yarısı tamamilə uğurlu keçir. Köhnə problemləri həll etmək üçün imkan yaranır. Uğurlu təsadüflər ehtimal ediləndir.
Tərəzi
Gün müvəffəqiyyətli olacaq, çox xoş anlar hədiyyə edəcək. Siz azarkeşliklə öhdənizə götürdüyünüz yeni işlərdə müvəffəqiyyətə nail olacaqsınız. Dostlarınız və tanışlarınız sizə tez-tez kömək edirlər. Qohumlardan yaxşı xəbərlər almaq olar. Sevdiyiniz insanla münasibətdə yaxşıya doğru gözə çarpan dəyişikliklər istisna edilməmişdir.
Kommersiya fəaliyyətində müvəffəqiyyətlər ehtimal ediləndir. Siz biznesdən uzaq olsanız da, bu gün bu sizə əlverişli sazişləri bağlamağa mane olmayacaq.
Əqrəb
Hər şey müvəffəqiyyətlə formalaşır, çünki siz vəziyyəti kontrol altında saxlamağı bacarırsınız. Əvvəl buraxılmış hansısa səhvləri düzəltmək və çətin vəziyyətdə olmuş insanlara kömək etmək imkanınız olacaq. Günorta əhəmiyyətli məsələlərin müzakirəsi üçün yarayır. Mübahisələr yaranmayacaq .Siz fikirlərinizi düzgün ifadə edəcəksiniz və öz həmsöhbətlərinizi inandıra biləcəksiniz.
Pul daxil olmaları mümkündür. Günün ikinci yarısı almalar üçün yarayır. Qeyri-adi əşyaları əldə etməyə qorxmayın: onlar uzun müddət sizi sevindirəcəklər.
Oxatan
Sizdə enerji və həyat gücü kifayət qədərdir . Əvvəl qeyri-mümkün hesab edilən hər bir problemin öhdəsindən gələ bilərsiniz. Köhnə tanışlar həvəslə sizə kömək edirlər. Son zamanlar darıxdığınız insanlarla görüşlər mümkündür.
Bizneslə bağlı maraqlı ideyalar meydana çıxa bilərlər. Siz gəlirlərinizi əhəmiyyətli dərəcədə artırmaq üsulunu tapacaqsınız. Axşam – dostluq görüşləri , ailə bayramları üçün uyğun vaxtdır. Yaxınlarlarınız sizi sevindirmək üsulunu tapacaqlar.
Oğlaq
Günün başlanğıcı ünsiyyət nöqteyi-nəzərindən kifayət qədər mürəkkəb olacaq. Siz səbirsizsiniz və hər şeyi çox yanlış anlayırsınız. İnsanları dinləmək istəmirsiniz. Bəzən xoşagəlməz hadisələr ona görə yaranır ki, siz vəziyyəti ətraflı öyrənməmiş qərarlar qəbul edirsiniz və sadəcə hadisələrin əlverişli axınına ümid edirsiniz.
Tədricən vəziyyət yaxşıya doğru dəyişir, hər şey qaydaya düşür. İnsanlar üçün yaxşı nə isə etmək imkanı meydana çıxır. Axşam romantik sürprizlər ehtimal ediləndir.
Dolça
Əhatənizdəki insanlarla ümumi dil tapmaq bəzən sizə çətindir. Siz yalnız qaldığınızda özünüzü rahat hiss edirsiniz. Yeni ideyalar və maraqlı planlar meydana çıxır. Siz tezliklə onu həyata keçirmək üsulunu tapacaqsınız.
Bəzən pis xəbərlər alırsınız və narahat olursunuz. Aldığınız informasiyanı yoxlamağa tənbəllik etməyəcəksiniz: hər şey elə də pis deyil. Uğurlu səfərlər mümkündür, vəziyyətin dəyişməsi sizə ilham verir. Qələbələr üçün lazım olan güc və enerjini toplamağa kömək edir.
Balıqlar
Çox məsələlərin həlli üçün əlverişli gündür. Siz çətinliklərdən qorxmursunuz, azarkeşliklə işləri öhdənzə götürürsünüz. Müvəffəqiyyət qazanmaq şansınız yüksəkdir.
Maraqlı tanışlıqlar mümkündür. Siz tərəfdar və etibarlı müttəfiqqlər tapacaqsınız. Sonradan onlar ən yaxın dostlara çevriləcəklər. Romantik münasibətlərin başlanğıcı mümkündür . Onlar xoş emosiyalar bağışlayacaqlar.

ens.az

loading...
Müəllif: narmin  10-11-2017, 21:15   Baxılıb: 438   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.