Qeydiyyat    Giriş
Sayta giriş
» » “Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı - AÇIQLAMA
Digər

“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı - AÇIQLAMA



“Coca-Cola”dan əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı - AÇIQLAMA
“Coca-Cola” şirkəti bu gün yüzlərlə insana “WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.

Şirkətdən bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya "Coca-Cola"nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını “Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: "“Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”.

Qeyd edək ki, yüzlərlə “WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilirdi ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən “Coca-Cola”lara axıdıb. Həmçinin o da bildirilir ki, hazırda şirkət bütün mağazalardan “Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır. (lent.az)

loading...
Müəllif: narmin2  9-09-2017, 13:18   Baxılıb: 1 920   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.