Qeydiyyat    Giriş
Sayta giriş
» » » Tarkan dieti: 20 gündə 8 kiloqram
Dietik məsləhətlər / Sağlam qidalanma

Tarkan dieti: 20 gündə 8 kiloqram



Meqastar Tarkan 20 gündə 8 kiloqram arıqlayıb.

Hər gün 1.5 saat məşq edərək köhnə formasına qayıdan Tarkan yağsız və şəkərsiz hər şeyi yeyə biləcəyi bir pəhriz tətbiq edib.

Klassik meyvə-tərəvəz pəhrizlərindən kənara çıxan Tarkan sevdiyi yeməklərdən məhrum olmadan buna nail olub.

Həmin pəhrizi sizə təqdim edirik:

Səhər yeməyi:

- 2 dilim kəpəkli çörək ya da yulaf əzməsi

- 100 qr. yağsız kəsmik

- Pomidor, badam salatı, təzə bibər

- Bir stəkan pəhriz südü / çay

- 30 dəqiqə sonra 1 stəkan qreypfrut, portağal, alma ya da kök suyu

Nahar:

- İki ədəd orta ölçülü qaynadılmış kartof

- 150-200 qr. toyuq,  yağsız qırmızı ət və ya balıq

- Duzsuz, yağsız salat

- Bir orta ölçülü banan və kivi

Şam yeməyi:

- Bir boşqab yağsız, duzsuz tərəvəz yeməyi (kartof və ya oxud əlavəli). İspanaq, gül kələmi, balqabaq və s. arasında seçim edə bilərsiniz.

- Tərəvəzli plov (duzsuz limonlu)

- Üç yumurta ağı
- Meyvə salatı (banan, kivi, armud, yaşıl alma, üzüm) 30 dəqiqə sonra bol limonlu rəndələnmiş kök

Şirniyyatlar:

Balqabaqlı şirniyyat: Limon suyu da əlavə edilə bilər.

"İrmik" şirniyyatı: İrmik tavada yaxşıca qovrulur. Su və limon suyu qaynadılır, isti şəkildə əlavə edilir.

"Etimek" şirniyyatı: Düyü unu, pəhriz üçün nəzərdə tutulan süd, dilimlənmiş banan və yüngül darçın əlavəli.

Qeyd: Gündə 3 fincandan çox nescafe içməyin. Çaya limon suyu əlavə edin. Həftədə ən az üç gün cökə çayı içə bilərsiniz.

Axsam.az


loading...
Müəllif: narmin  30-06-2016, 20:17   Baxılıb: 1 010   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.