Qeydiyyat    Giriş
Sayta giriş
» » » Hamiləlikdə idman
Hamiləlik / Sağlam ailə

Hamiləlikdə idman



 

Hamiləlik zamanı ediləcək idman üçün həkimə müraciət edilməli və həkimin əmrləri istiqamətində məşqlərə başlanılmalıdır. 

Bu məşqlər anada artıq çəki probleminə kömək edərək, bədənin müqavimətinin artmasına, doğumun asan bir şəkildə reallaşmasına imkan yaradır. 

Məşq edən hamilə qadınlarda bel ağrıları, qasıq ağrıları, spazm, daha az olur oksigen ehtiyacı isə artır. Aparılan məşqlər hamilə qadınlarda olan ürək xəstəliyinə, təzyiqə, metabolik xəstəliklərə də kömək edir. Həmçinin tənəffüsü nizamlamağa da faydalıdır. Məşqdən əvvəl yuxu saatlarınıza və istirahətinizə ciddi fikir verməlisiniz.

Düzgün qidalanma və kifayət qədər su içmək də olduqca vacibdir.

Məşqlərə başlamazdan əvvəl isinmə hərəkətləri etmək faydalıdır. İdmana başlandığında əvvəl qarın, kürək, sinə kimi böyük əzələ qruplarını, sonra isə kiçik əzələ qruplarını işlətmək lazımdır. Məşq prosesində motivasiya əhəmiyyətli mövzulardan biridir. Bu baxımdan hər şeyi nəzarə almaq da fayda var.

Hamiləlik məşqlərində nəfəsinizi doğru alıb doğru vermək də önəmlidir. Məşqlər arasında ən az 1 dəqiqə istirahət edin. Bu müddət əzələlərinizin istirahət etməsinə və boşalmasına səbəb olacaq. 

Əgər əzələlərinizi istirahət etmədən hərəkətə məcbur etsəniz yalnız yorğunluq meydana gələr inkişaf olmaz. Çünki əzələlər istirahət dövründə daha yaxşı olur. 

Həftədə 3-4 gün məşq edin, digər günlər də isə yüngül gedişlər məsləhətdir. Sağlam hamiləlik və doğum üçün lazımi digər cəhətlər kimi hamiləlik məşqlərini də yubatmaq düzgün deyildir. Bu məşqlərə vaxtında əməl olunsa sonradan meydana gələcək problemlər önlənərək, doğuş prosesi asanlaşar.

loading...


loading...
Muəllif: narmin  20-01-2016, 13:00   Baxılıb: 1 491   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.